Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
3 il anasının meyiti ilə yaşadı, 15 yaşlı qızını da işgəncə altında saxlayıb

ABŞ-ın Texas ştatında dəhşətli hadisənin üstü 3 ildən sonra açılıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, 47 yaşlı qadın bu illər ərzində 71 yaşlı anasının meyiti ilə birgə yaşayıb.

Belə ki, 71 yaşlı Caklin Kreyton 2016-cı ildə yıxılıb və ciddi travma alıb. Lakin o, xəstəxanaya aparılmayıb və evdə keçinib. Qızı Delissa Kreyton onu dəfn etmək yerinə, 3 il qonşu otaqda saxlayıb. Bundan başqa, 15 yaşlı qızına da işgəncələr verib.

Delissa Kreyton Delissa Kreyton

Polis qadını həbs edib. İttihamlar sübuta yetirilsə, onu 20 il həbs cəzası və 10 min dollar cərimə gözləyir. Qızı isə qohumlarının himayəsinə veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »