Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyə İraqda yeni antiterror əməliyyatına başladı
turk_ordusu_esas_078

Türkiyə Şimali İraqda “Pəncə-2” əməliyyatı çərçivəsində terrorçuların məskən saldığı bölgələrdə yeni bir hərəkata başladığını bəyan edib. Silahlı qüvvələrin Hakurkun cənubunda təsbit olunan bir bölgəyə girdiyi bildirilir.

Milli Müdafiə Nazirliyinin açıqlamasında “Pəncə” əməliyyatının uğurla davam etdirildiyi qeyd olunub.

“12 iyul axşamı Quru Qoşunları topçu batareyaları və Hava Qüvvələrimiz “Pəncə-2” Əməliyyat Planı çərçivəsində fərqli bir bölgədə yeni hərəkata başlayıb”, - açıqlamada vurğulanıb.

Əməliyyatın Hava Qüvvələri, quru atəş dəstək vasitələri, hücum helikopterləri və PUA-ların dəstəyi ilə həyata keçirilməsinin planlaşdırıldığı bildirilib:

“Bu hərəkatla Hakurk bölgəsindəki terrorçuların yararlandığı mağara və sığınacaqların məhv edilməsi, terrorçuların zərərsizləşdirilməsi davam etdiriləcək”. (Oxu.az)

Paylaş »
››› DİN-dən həbs edilən polkovniklə bağlı açıqlama
››› Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu - Foto
››› General deputatlığa namizədliyini irəli sürdü
››› 40 yaşından sonra uğur qazanacaq 5 bürc
››› Yeni metrostansiyanın açılış tarixi bilindi
Son xəbərlər
Bütün xəbərlər »