Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“S-400”lərin ikinci hissəsi də Türkiyəyə gətirildi - Fotolar

Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket komplekslərinin ikinci hissəsi də Ankaraya gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarə Ankara Mürtəd Hərbi Hava Limanına enib.

Qeyd edək ki, bundan əvvəl daha 3 təyyarə “S-400” zenit-raket komplekslərinin hissələrini Türkiyəyə gətirib.

Kompleksin təslimat planına əsasən, zenit-raket kompleksi iki filo şəklində təslim ediləcək. Bu iki filo 4 batereyaya sahibdir. Bir batareyada 9 lançer var. Hər lançer isə 4 mərmi təşkil edir. Toplam olaraq, bir batereyada 36 mərmi var.

Bu da “S-400” sistemində 72 mərminin olduğu anlamına gəlir. Türkiyə iki sistem alacağına görə, toplam 144 mərmi alacaq. Bundan əlavə də, 48 əlavə mərmi də olacaq. Beləliklə, cəmi 192 mərmi Türkiyəyə təslim ediləcək.

Son xəbərlər
Bütün xəbərlər »