Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranda 18 yaşlı gənc itkin düşüb

Lənkəranda 18 yaşlı gənc itkin düşüb.

Oxu.Az-ın xəbərinə görə, rayonunun Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu dünən evdən çıxıb və bir daha geri qayıtmayıb.

O, evdən çıxanda idman zalına, məşq etməyə gedəcəyini deyib.

1.65 m boyu olan gənc evdən çıxarkən boz rəngli köynək və ağ şalvarda olub.

Sonuncu dəfə R.Axundlunu dünən axşam saatlarında Həzi Aslanov adına Xatirə Parkına gedən yolda görüblər.

Onu görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya (055) 673-65-07 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər
Bütün xəbərlər »