Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə klubu futbolçuların soyadlarını səhv saldı, bəyəndiyinin əvəzinə başqasını transfer etdi

Türkiyənin aşağı liqa futbol klublarından “Menemenspor”un başına kuryoz hadisə gəlib. Klub səhvən bəyəndiyi futbolçunun əvəzinə başqasını transfer edib.

Bizimyol.info xəbər verir ki, “Menemenspor” İtaliyanın ikinci liqasında oynayan Lamin Callounu heyətinə qoşmaq istəyirmiş. Amma klub rəhbərliyi çox ciddi xətaya yol verib. Callou soyadlı tamam başqa futbolçu ilə müqavilə bağlayıblar. Alfa Callou Portuqaliyanın üçüncü liqasında oynayırmış. Təklifə dərhal razılıq verib. Müqavilə bağlayandan sonra türkiyəlilər səhvini başa düşüb. Tez futbolçunu geri qaytarıblar.

Lamin Callou Lamin Callou

Lamin Callou çox istedadlı oyunçu sayılır. Qambiyada doğulub, “Salernitana”da oynayır. Hücumçu İtaliya B seriyasının son mövsümündə 6 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »