Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin “S-400”lərə sahib olması Azərbaycana nə verəcək?
israilden_manidar_hamle_sozde_s_400_icin_1511775230_7295

Bu gün Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksinin (ZRK) komponentlərinin ilk partiyasının Ankaraya tədarük edilməsi ilə bağlı məlumat yayılıb.

Bəs, bu komplekslərin Azərbaycan üçün nə kimi əhəmiyyəti var?

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Onun sözlərinə görə, Türkiyənin müdafiə qabiliyyətini artırması, heç şübhəsiz, müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir.

“Türkiyə “S-400” raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda, əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək. Bu, Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən, artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə müsbət təsirini proqnozlaşdırmaq olar.

Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz etməməlidir”, - o bildirib. (Oxu.az)

Paylaş »
››› "WhatsApp" yeni qadağalara başlayıb – Nömrələri bloklayır
››› Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
››› Oqtay Gülalıyevdən sarsıdıcı xəbər
››› Nazir daha iki direktoru işdən çıxarıb
››› Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqladı
Son xəbərlər
Bütün xəbərlər »