Bazar , 21 İyul, 2019
Baş səhifə / Dünya / Rusiya deputatı “Rustavi-2”də Tbilisini aşağıladı – Video

Rusiya deputatı “Rustavi-2”də Tbilisini aşağıladı – Video

478 Views

Gürcüstanın “Rustavi-2” televiziyasının jurnalisti ilə Rusiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy arasında mübahisə yaşanıb.

Virtualaz.org bildirir ki, mübahisəyə səbəb jurnalistin Abxaziya və Cənubi Osetiya ilə bağlı Tolstoya verdiyi sual olub. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb və Tolstoy jurnalistə üz tutaraq “Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstanın olmayacaq, bunu hamıya çatdırın” deyib.

“Bu ölkələrin xalqları daha Gürcüstanda yaşamağa hazırlaşmırlar. Rusiya onların müstəqilliyini müdafiə edəcək. Bura heç vaxt sizin əraziləriniz olmayacaq”, – deyə deputat Pyotr Tolstoy vurğulayıb.