Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Kiyevi işğal etməyə hazırlaşır: Ukraynalı general xəbərdarlıq edir

Rusiya Belarus tərəfdən Ukraynaya hücum edəcək. Ukrayna Hava Qüvvələrinin keçmiş qərargah rəhbərinin müavini, general İqor Romanenko belə düşünür. Onun fikrincə, Rusiya Kiyevi işğal etməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, keçən il rəsmi Moskva Minsklə hərbi təlimlər haqda razılığa gəlmişdi. Buna görə Belarus ərazisinə xeyli hərbi texnika, hava hücumundan müdafiə vasitələri gətirilmişdi. General deyir ki, məqsəd Ukraynaya hücum etməkdir: “Rusiya heç Belarusun fikrini də soruşmayacaq”.

Romanenko hələ bir müddət əvvəl Rusiyanın bu il Ukrayna ilə irimiqyaslı müharibəyə hazırlaşdığını demişdi. General Kremlin yeni prezidentin dövründə hücum edəcəyini bildirmişdi. Yəni Rusiyanın Ukraynada hakimiyyətin dəyişib-dəyişməyəcəyini gözlədiyini söyləmişdi.

Son xəbərlər
Bütün xəbərlər »