Bazar ertəsi , 22 İyul, 2019
Baş səhifə / Dünya / Zakir Məmmədov 21 ay Türkiyədə gəmidə saxlanılıb? – Rəsmi açıqlama

Zakir Məmmədov 21 ay Türkiyədə gəmidə saxlanılıb? – Rəsmi açıqlama

307 Views

Sosial şəbəkələrdə Zakir adlı azərbaycanlının Türkiyədə 21 aydır gəmidə qalması barədə məlumat yayılıb.

İddiaya görə, həmin şəxs tvitter hesabında azərbaycanlı olduğunu, 21 aydır Haydarpaşa limanında “Alize” adlı gəmidə qaldığını, həmçinin gəmi sahibindən pul və yemək ala bilmədiyini, pasportunun polis tərəfindən əlindən alındığını deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar yanlışdır:

“Sosial şəbəkələrdə yayılmış Türkiyədəki soydaşımız ilə bağlı yayılan məlumata dair qeyd etmək istərdik ki, sözügedən şəxs, Zakir Mikayıl oğlu Məmmədov Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu ilə əlaqə saxlayaraq qeyd edib ki, onun haqqında sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir və şəxsən özü sosial şəbəkələrdən istifadə etmir.

Qeyd etmək istərdik ki, İstanbuldakı Baş Konsulluğumuz sözügedən şəxslə bundan öncə bir-neçə dəfə təmasda olub və ona ölkəyə qayıtmaqla bağlı yardım təklif edib. Baş Konsulluğumuz bundan sonra da ölkəyə qayıdışla bağlı vətəndaşımıza müvafiq yardım göstərməyə hazırdır”.