Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Susuzluqdan Heydər Məscidinin kölgəsinə "sığınmış" məşhur zeytun bağı - Foto - Video

2004-cü ildə deyəndə ki, Zeytun bağları haradadır, heç kim sənin sualına sualla cavab vermirdi. Elə ünvanı göstərirdilər, birbaşa zeytun bağına gedirdin. Sosial şəbəkələrdə 9-cu mikrorayonda yerləşən Zeytun bağının peykdən fotoşəkillərimi görəndə bu yadıma düşdü. 2004-cü ildə həmin ərazi həm geniş, həm daha havalı, həm də daha yaşıllıq idi. Ağaclarda da ruh yüksəkliyi vardı, karbonu oksigen kimi ciyərlərinə çəkirdilər. Bağın builki peyk görüntülərimə baxıram ki, tala-tala ağaclar qalıb, bir hissəsi isə müxtəlif obyektlərlə bəzədilib. Dedim yerinə düşər gedib ziyarət etmək.

Uzun illər keçmişdi, yolu qarışdırmışdım. Bir yaşlı əmiyə yaxınlaşdım, düşündüm yaşlılar daha yaxşı bilər. Əmi, Zeytun bağlna necə gedə bilərəm, bir az yolları qarışdırmışam. Dayının sualıma sualla cavab verməsindən də vəziyyətin hansı həddə olduğunu sezmək olardı, bala, Zeytun bağı kafesini deyirsən?

Bir təhər tapıb binaların arasından bağa sızdım. Bağ deyəndə özüm də təəccüblənirəm, baxımsız ağac xarabalığı deyək.

Yaxşı ki, bu hündür Heydər Məscidi tikilib, ağaclar da kölgələnir bu istidə. Danışmağa dilləri olsa adamdan ilk birinci su istəyər bu ağaclar. Aidiyyatı qurum o qədər biganə yanaşıb ki, ağacların budaqlarında zeytun əvəzinə plastik paketlər yetişir. Ağacların dibləri boşaldılmayıb, suya həsrət qalıblar, addım başı ayaq altında qalıb xırçıldayan butulkalar, küləyin adamın başına keçirtdiyi sellofan torbalar və daha nələr.

Heydər məscidi

Yol bağı ikiyə ayırıb. Bir tərəfində digəri olə müqaisədə daha geniş sahədə ağac olsa da digər tərəfində, ağaclığın ortasında bir kafe tikiblər. Bağın içi maşınların parkına dönüb. Kiçik bir ərazidə isə baxımsız zeytun ağacları.

Yadıma keçmiş MTN generalı Akif Çovdarov düşdü. Onun da Zeytun bağları ilə ədavəti var idi. Oradan yazmaq istəyən jurnalisti də döyüb, ölümlə hədələmişdilər.

zeytun bagi 1

İndi isə kimin ədavətinin qurbanına çevrilib, bilmirik, amma onu bilirik ki, nələrsə düz getmir.

Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan Zeytun bağlarının mövcud xoşagəlməz vəziyyəti ilə bağlı adıçəkilən qurumla əlaqə saxlamağa çalışsaq da (+99412440 15 34) zəngimizə cavab verilməyib.

Onların da mövqeyini dərc etməyə hazırıq.

Əməkdaşımızın hazırladığı videoreportajı oxucularımıza təqdim edirik:

Rövşən Əsədov

Bizimyol.infob

Son xəbərlər
Bütün xəbərlər »