Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhurlardan ABADçılara dəstək

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində “ABAD”ın təşəbbüsü ilə ictimai-sosial həyatda aktiv iştirakı ilə fərqlənən məşhurların mikro, kiçik və orta sahibkarlığa dəstəyi davam edir.

Bizimyol.info xəbər verir ki, layihənin məqsədi ABADçıların istehsal etdiyi məhsulların, milli tariximizin, mədəniyyətimizin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdır.

Layihənin növbəti dəstəkçisi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, rəssam-modelyer Fəxriyyə Xələfova olub.

Fəxriyyə Xələfova ABAD x

O, ABAD-çıların istehsal etdiyi məhsulları təbliğ edən fotosesiyaya çəkilib.

Qeyd edək ki, ABAD mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir.

ABAD mərkəzləri həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətləri göstərirlər.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »