Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İran Qərb ölkələrindən Fars körfəzini tərk etməyi tələb edib
Iran XIN - Abbas Musevi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib ki, Tehran Böyük Britaniya hökumətindən Suriyaya neft daşıyan tankerin dərhal buraxılmasını tələb edib.

“Reuters” agentliyi xəbər verir ki, IRNA agentliyinə müsahibə verən Musəvi Qərb ölkələrindən bölgədəki hərbi qüvvələri çıxarmasını da istəyib. O, bunu İranın və regiondakı digər ölkələrin regional təhlükəsizliyi təmin etməyə qadir olması ilə əsaslandırıb. XİN sözçüsü əlavə edib ki, bölgədə təhlükəli oyun davam edir və bunun ağır nəticələri ola bilər. Eyni zamanda, o əlavə edib ki, İran neftini daşıyan tankerin azad edilməsi bütün tərəflərin marağına uyğundur.

Böyük Britaniyanın ABŞ-ın təzyiqi altında İrana qarşı əməliyyatlarını tənqid edən Musəvi əlavə edib ki, tankerin saxlanılması beynəlxalq hüquq normalarına ziddir və yeni münaqişələrə səbəb ola bilər. XİN sözçüsü bölgədəki problemləri həll etmək üçün Tehranın öz qonşuları ilə danışıqlara hazır olduğunu da bildirib.

Paylaş »
››› Turist daşıyan təyyarə yandı - Video
››› Beş gün dərs olmayacaq
››› Bakıda amansız qətl: Kişinin ayaqlarını sındırdılar...
››› Həkim terrorunun daha bir qurbanı
››› 96 saniyəyə 1,43 milyard dollarlıq mal sifariş edildi
Son xəbərlər
Bütün xəbərlər »