Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib - Foto

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda etiraz aksiyası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, bələdiyyə binasının qarşısında baş tutan aksiyada İmir kənd sakinləri iştirak ediblər.

Sakinlər ötən gün güclü dolu nəticəsində İmir kəndinə dəyən ziyanın aradan qaldırlmasını tələb ediblər. Onların sözlərinə görə, bu gün doludan ziyan görən bəzi kəndlərə yardım göndərilsə də, İmir kəndi diqqətdən kənarda qalıb.

Gürcüstanda yaşayan azərbaycanlılar (2)

Bələdiyyə binası önünə gələn Marneuli rayon rəhbəri Zaur Darğallı, deputatlar Ruslan Hacıyev və Tamaz Naveriani sakinlərə İmir kəndindəki vəziyyətdən xəbərdar olduqlarını deyiblər. Onlar bildiriblər ki, dolunun Marneuli rayonunda yaratdığı fəsadların aradan qaldırılması məqsədilə xüsusi komissiya yaradılıb və yaxın zamanlarda İmir kəndinə də müvafiq yardım göstəriləcək.

Son xəbərlər
Bütün xəbərlər »