Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Restoran çimərlik ərazilərinə giriş üçün sakinlərdən pul tələb edir - Video

Paytaxt əhalisinin sərinləmək üçün üz tutduğu yer məhz çimərlikdir, dəniz sahilidir. Amma son zamanlar dəniz sahilinin zəbt olunması insanların əsəbini dara çəkir.

Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların və turistlərin narahatlığını nəzərə alaraq ötən günlərdə açıqlama verdi ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Əhalidən yalnız xidmətə görə pul almaq olar.

Bizimyol.info xəbər verir ki, paytaxt sakinin verdiyi məlumata görə, Səbail rayonunun “Şıx” çimərliyi ərazisində fəaliyyət göstərən “Eldorado” restoranı bu tələblərə riayət etmir. Belə ki, restoranın əməkdaşlara dəniz sahilində istirahət etməyə gələn əhalidən çimərlik ərazilərinə və sahilyanı zonalara girişi üçün ödəniş tələb edilir. Ödəniş edənlərə isə qəbz verilmir.

Ödəniş etməkdən imtina edənlərə təzyiqin göstərildiyi bildirilib.

Restoranın əməkdaşlarının ödəniş tələbindən və hərkətlərindən şikayətçi olan şəxsin Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdiyi bildirilir.

Verilən məlumatar görə, çimərlik ərazisinə mühafizə polisi deyil, çevik polis əməkdaşları nəzarət edir.

Məsələ ilə bağlı Daxili İşləri Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxlanılıb. O məsələyə rəis müavini Orxan Mansurzadənin cavab verəcəyini bildirib. 11.07.2019-cu il tarixində O.Mansurzadənin elektron ünvanına informasiya sorğusu göndərilib.

Məsələ ilə bağlı “Eldorado” restoranın telefon nömrəsinə edilən zəng nəticəsiz qalıb.

Son xəbərlər
Bütün xəbərlər »