Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan hökumətindən daha bir qəribə qərar: "İnək cəriməsi" tətbiq olundu

Türkmənistanda qadağaların sayı-hesabı yoxdur. Yasaq olunmuş davranış formalarının üzərinə biri də gəlib.

Bizimyol.info xəbər verir ki, ölkə paytaxtı Aşqabadın qəsəbələrində inək saxlayanları cərimə etməyə başlayıblar. Hökumət bunun şəhərin ümumi görünüşünə zərər vurduğunu bildirir.

Yeni qaydalara görə, heç kimə inək saxlamağa icazə verilmir. Kimin belə fikrə düşdüyünü bilsələr, 800 türkmən manatı (rəsmi kursla 228 dollar) məbləğində cərimələyirlər.

Sakinlər mümkün qədər gizlicə heyvan saxlamağa çalışır. Amma hökumət nümayəndələri qoxu vasitəsi ilə qayda pozanları müəyyənləşdirir, cərimə edir.

Son illər Aşqabadın ərazisi də böyüyüb. Əvvəllər kənarda qalan yerlər indi paytaxt ərazisi sayılır. Həmin qəsəbələrdə yaşayanlar həmişə heyvandarlıqla məşğul olub. Paytaxt sakininə çevrilmək başağrı yaradıb. Yeganə dolanışıq vasitəsindən məhrum olublar.

Son xəbərlər
Bütün xəbərlər »