Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dillər Universitetində “soyuq savaş” davam edir – İşdən çıxarılan dekanın səsinə kimsə cavab vermir

Azərbaycan Dillər Universitetində rektor Kamal Abdulla və Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli arasında yaşanan qalmaqal yenidən alovlanıb. Ona görə alovlanıb ki, Vüsalə Ağabəyli ədalətli, haqqını müdafiə etmək naminə susmayıb, qorxub səssiz qalmağı yox, özünü müdafiə etmək, sona qədər mübariəz aparmaq yolunu seçib.

Rektora qarşı cəbhə açan bu xanım dekan kimdir? – Qısaca məlumat verək ki, ailəlidir, iki övladı var, həyat yoldaşı istefada olan hərbçidir. 4 dil bilir, fəlsəfə doktorudur, çoxlu sayda elmi məqalələrin müəllifidir.

Kamal Abdulla Kamal Abdulla

Rektorla dekan arasında artıq bir ilə yaxın müddətdir davam edən bu çəkişmənin necə başlaması barədə zərərçəkmiş müəllimə Vüsalə Agabəylinin özündən məlumat almaq istədik. Vüsalə Ağabəyli Bizimyol.info saytına verdiyi açıqlamada bildirdi ki, Kamal Abdulla Slavyan Universitetindən Dillər Univesitetinə rəhbərliyə gələrkən öz komandasını da özü ilə gətirib. Onun özü ilə gətirdiyi müəllimlərlə Dillər Universitetinin müəllimləri arasında müəyyən problemlər yaşanıb. Dekanla rektorun arasındakı ilk “döyüş” isə Vüsalə Agabəlinin ingilis dilini bilməyən bir müəllimə - Nərgiz Qurbanlıya irad bildirməsi olub. Həmin müəllim isə Kamal Abdullanın dostunun qızı olduğu üçün bu hal rektorun xətrinə dəyib və hər kəsin içərisində Vüsalə Ağabəyliyə qarşı sərt mövqe sərgiləyib. “ Sən kimsən ki, mənim dostumun qızına söz deyirsən, kimə sataşdığını bilirsənmi?” dedi mənə.

“İclasda hər kəsin içində çox ağır şəkildə danladı, mən qalxıb etirazımı bildiridim. Bununla da onun kinini qazandım”.

Vüsalə Ağabəyli

Bundan az sonra Vüsalə Ağabəyliyə heç bir əsas olmadan töhmət verilib.“Vüsalə Ağabəyli qeyd edir ki, Kamal Abdulladan hər kəs qorxur, hamı həqiqəti bilsə də susmağa üstünlük verir. Çünki o öz nüfuzu, böyük əlaqələri, yüksək mərtəbələrdə oturan dostları vasitəsilə hamını susudurmağı, əzməyi bacarır.

“Dəfələrlə təhqiramiz kəlmələr işlədib, kobud şəkildə, ləyaqətimi alçaldıb, şəxsiyyətimə zərbə vurub. İki dəfə məhkəməlik olmuşuq, məhkəmə iddialarıma diqqət yetirmədən onu haqlı çıxarıb. Mən dəfələrlə prezident aparatına, Ailə Qadın, Uşaq Komitəsinə, Təhsil Nazirliyinə müraciət etmişəm, dinləyiblər, lakin heç bir nəticə alınmayıb. Kamal Abdulla mənə açıq dərslərin təşkilində buraxdığım ciddi nöqsanlara və ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “fakültədə heç bir tədbir keçirilməsinə lüzum bilmədiyimə” görə töhmət verib. Birincisi tədbirlər keçirilib, şəkillər var əlimdə. İkincisi mən YAP-ın üzvüyəm, üçüncüsü siyasi görüşlərinə görə töhmət verilməsi qanunlarımıza ziddir.

2017-ci ildən ADU-nun YAP Qadınlar Şurasının sədri idim. Buna dair sənədləri ortadan qaldırıblar. Hətta iş o yerə çatıb ki, dəfələrlə telefonla qadın problemlərini müzakirə etdiyim Məlahət İbrahimqızı üzümə durdu ki mən adda adam tanımır və mənimlə danışmayıb.

İndi mənim Kamal Abdulla kimi pulum, nüfuzum, dostlarım yoxdur deyə əzilməliyəm? Biz də üstümüzə benzin töküb yandırmalıyıq ki, haqlı olduğumuzu nəhayətki anlasınlar? Qanunlar bəs kimin üçündür?

Günahsız olduğum halda töhmət verdikdən sonra qanunsuz şəkildə ağır maddə ilə əmək kitabçama ləkə vurmağı bəs deyil, aylıq əməkhaqqımı kəsir, töhmət verir, universitet elmi şuralarını şəxsiyyətimi və ləyaqətimi təhqir etməyə həsr edir, hələ bir niyə səsimi çıxarıram deyə məhkəmə hədə-qorxusu da gəlir. Mənim ailəmi təhdid edirlər, “ gör onun başına nə oyun açacam” nə deməkdir. Bu da azmış kimi mənə ləqəb taxmaqla təhqir edir”,- deyə sabiq dekan bildirir. “Qanunsuz olaraq işdən çıxartdığı adam tək mən deyiləm, çox adamı məcbur edib ərizəsini yazdırlb çıxarıb. Səsini çıxaran isə 2-3 nəfərik. Bizə qarşı da qaralama kampaniyası aparılır”.

“Mənə ümumiyyətlə, aydın olmayan bir məsələ var, Kamal Abdulla elə düşünür ki, o hər istədiyini edə bilər, ona günahkar olduğunu demək günahdır və ya mən qanun tələb edirəm deyə günahkaram? Təsəvvür edin ki, əməkhaqqımın kəsilməsi ilə bağlı mühasibatlıqdan rəsmi sənəd istəmişəm, şəkildə gördüyünüz cədvəli təqdim edirlər və imzalamağa çəkinirlər. Əgər həqiqətən də, qanuni olaraq, mənim maaşımı mənimsəməkdə haqlıdırlarsa, onda sənədə rəsmi imza atmağa niyə qorxurlar? Yox əgər doğrudan da, kartım işləmirdisə onda bir günün maaşını niyə yazıblarki, həmin gün də işləməzdi də kart?!! Hər şey bir tərəfə, bəs hərgün körpə uşağı ilə birlikdə saat 9-dan işə gələn Mahirə Haciyevanın maaşından tutulan məvacibin və qanunsuz olaraq ona verilən xəbərdarlığın səbəbi mənim ən yaxın rəfiqəm olmasıdırmı? Cinayətin bu dərəcədə amansızlığını biz ancaq tarixdə bədii ədəbiyyatlarda Hitlerin addımlarında sezmişdik.

Ayrı-seçkilik edir deyəndə nədənsə xoşu gəlmirdi. Ayrı-seçkilik etmirsə onda dostunun qızı Çeşmi xanım niyə işə gəlmir, kart vurmur, amm maaşı kəsilmir, töhmət verilmir ona? Ayrı-seçkilik etmirsə, niyə rektorun ən yaxınında olub onu ən çox aldadan Nüşabə Tanrıverdiyevanın qardaşı Tanrıverdiyev Asifin yoldaşı Xəlilova Asudə, xadimə olaraq qeydiyyatda getməyinə rəğmən işə gəlmir, kart vurmur, amma 326 manat maaş alır, lakin mənim fəlsəfə doktoru, dosent olaraq 300-400 civarında olan maaşıma göz dikilir? Yaxud da İKT işçisi kimi qeydiyyatda olan Cavid Mövsumzadə və başqalarının adlarının bir şöbədə olub başqa şöbələrdə işləməsi, yaxud bəzilərinin əmri ictimai əsaslarla verildiyi halda, əməkhaqqı yazılması qanun pozuntusu deyilmi sizcə? Bizim universitetdə Kamal Abdulla gələnədək heç vaxt maaş problemi, büdcə sindromu yaşanmamışdı. Büdcəni bəyəm müəllimlər boşaltmışdı ki, onlar da doldursun?

Bütün bunlara rəğmən rektor Kamal Abdulla tabeliyində olanları hədə-qorxu ilə susdurmağa nail olmaqla kifayətlənmir, hətta medianı da hədələyir. Akademik daşıdığı titulların, ard-arda ona verilmiş mükafatların, medalların, xalq yazıçısı adının və ona həvalə olunan kreslonun çəkisini qiymətləndirmirmi?”,- deyə Vüsalə Ağabəyli sosial şəbəkə hesabında da bəyan edib.

İqbal Ağazadə İqbal Ağazadə

Bu gün Ümid” partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya müraciət edib.

“Hörmətli Kamal Abdulla. Mən həmişə sizə hörmət və ehtiramla yanaşmışam. Bu gün də sizə bir daha öz hörmətlərimi ifadə edirəm. Amma... Mən uzun müddətdir rektoru olduğunuz universitetin müəlliməsinin sizə qarşı ittihamlar və iddialarla çıxış etdiyinin şahidiyəm. "Kim haqlıdır?" sualına cavab verməkdə çətinlik çəkirəm. İnanıram ki, mənim kimi sizi tanıyan hər kəs bu vəziyyətə təəssüf edir. Siz haqlısınız, yoxsa Vüsalə xanım? Nədən ictimaiyyət, jurnalistlər qarşısında açıq bir dialoq təşkil etmirsiniz? Nədən o gənc xanımın səsini eşitmirsiniz? Ya o gənc alimin haqqını verin, ya da haqlı olduğunuzu cəmiyyətə sübut edin. Yoxsa bir oxucu kimi sizə haqqımı halal etmirəm”.

Məsələ ilə bağlı universitetin mətbuat xidməti yalnız bir dəfə açıqlama verib. Açıqlamada gözlənildiyi kimi deyilir : “Kamal Abdulla Azərbaycanın görkəmli alimi, yazıçısı, ziyalısıdır. Əsərləri dünyanın 19 dilinə tərcümə olunub. On beş il Bakı Slavyan Universitetinin rektoru olub. Onun rektorluğu dövrü haqqında əfsanələr bu gün də dildən-dilə dolaşmaqdadır. O, ADU-ya gəldiyi ilk gündən tələbə və müəllimlərin böyük sevgisini qazanıb. Universitetdəki neqativ halların aradan qaldırılması üçün çox ciddi addımlar atıb. Azərbaycan dövlətinin müşaviri olmuş, ömrünü elm və mədəniyyətə həsr edən insana kobud, etikadan uzaq ittihamı irəli sürmək heç bir mənəvi əxlaqa sığmır”.

Ümid edirik ki, əlaqədar qurumlar vəzifələri gərəyincə məsələyə münasibət bildirməyi özlərinə borc biləcək, məsələ dərindən araşdırılacaq.

Son xəbərlər
Bütün xəbərlər »