Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyulun 13-nə olan hava proqnozu

Azərbaycanda iyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 26-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Rayonlarda isə bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Son xəbərlər
Bütün xəbərlər »