Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənilərə bir dənə də olsun Qarabağ atı vermədik" - Açıqlama - Foto

"Ermənilər Ağdamın işğalı zamanı Atçılıq Zavoduna hücum etdilər, biz bir dənə də olsun Qarabağ atını ermənilərə vermədik".

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ Atçılıq Mərkəzinin direktoru, əməkdar mütəxəsis Maarif Hüseynov deyib. O bildirib ki, ermənilərin hücum edəcəyi ilə bağlı xəbər tutduqdan dərhal sonra Ağdam Atçılıq Zavodundan atları çıxardaraq gizlətmiş və o atlardan birini də ermənilərə verməmişdir:

"Əvvəl Atçılıq Zavodu Ağdamın Eyvazxanbəyli kəndində yerləşirdi. Xəbər tutduq ki, məqsədyönlü olaraq atları oğurlamaq istəyirlər. Biz atları Ağdamın Üçoğlan kəndində yerıəşən Quşçuluq fermasında gizlətdik. Müharibə illəri ərzində bir dənə də olsun Qarabağ atını ermənilərə vermədik".

Qarabag atı

Həmçinin Maarif Hüseynov əlavə edib ki, hazırda da direktoru olduğu Qarabağ Atçılıq Mərkəzi Qarabağ atlarının irsinin qorunmasında misilsiz xidmətlər göstərməkdədir:

"Hazırda atçılıq mərkəzində 245 baş Qarabağ atı saxlanılır. 1 ildir ki, mərkəz fəaliyyətə başlasa da bu istiqamətdə xeyli işıər görüb. Burada bədənində qüsuru olmayan atlar damazlıq olaraq saxlanılır, müəyyən qüsuru olan atlar isə əmtəə məqsədilə fermer təsərrüfatlarına satılır".

Qarabağ atlarının satış qiymətlərindən danışan mərkəz direktoru bildirib ki, hazırda Qarabağ Atçılıq Mərkəzi satışa at çıxartmayıb:

"Atların satışa, xarici bazara çıxarılması ilə bağlı müvafiq göstəriş yoxdur. Əgər tapşırıq olarsa atlar satışa da çıxarılacaq. Qeyd edim ki, Qarabağ atlarının qiyməti 2-10 min manat civarında dəyişir".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »