Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sosial ev"lər bizim son şansımız idi, sistemin çökməsi ümidlərimizi qırdı"

Xəbər verdiyimiz kimi, bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində ümumilikdə 253 mənzilin onlayn satışı keçirilir.

Güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin sırasında elmi vəzifədə işləyən elmi işçilərdir.

Güzəştli mənzil almaq hüququ olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sistemindən qeydiyyatdan keçmiş Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Əpoş Vəliyev (Elyar İslam Adəm) bizimyol.info-ya bildirib ki, aztəminatlı ailələrin “sosial ev”lərdən mənzil almasına süni şəkildə problem yaradılıb.

O qeyd edib ki, “sosial ev”lər adlanıdırılan güzəştli mənzilləri satışı zamanı MİDA-nın qurduğu sistem çökür: “Böyük maliyyə vəsaitinin xərcləndiyi MİDA-nın sistemi iki dəfə aparılan mənzillərin satış prosesində çöküb.

Seçimlərdə iştirak etsək də, sistemdə problem yarandığı üçün ev seçə bilmədik”.

Elmi işçi iddia edib ki, MİDA-nın sərəncamında olan mənzilləri alan şəxslərin əksəriyyəti aztəminatlı ailələr deyirlər: “Mən bir neçə dəfə kirayə mənzil elanlarında “sosial ev”lərə rast gəlmişəm. Həqiqətən “sosial ev”ləri mənzilə ehtiyacı olan şəxslərə satılıbsa, niyə bəs mənzilləri kirayəyə verirlər?

Onu da vurğulayım ki, dünyada “sosial ev”lərin nəğd hesablaşma formasında satılması təcrübəsi yoxdur. Amma əksər güzəştli mənzillər MİDA tərəfində nəğd hesablaşma formasında satıldı. Bu mənzillər aztəminatlı ailələr üçün nəzərdə tutulub. Mən Azərbaycan Milli Elmlər Akademiyasında çalışıram, 300-400 manat arasında maaş alıram. Mən bu pulla nə vaxta ev ala bilərəm? Nəzərə alaq ki, alimlərə dövlət tərəfindən ev verilmir. Bizim ümidimiz “sosial ev”lərə idi. Düşünürdük ki biz də “sosial ev”lərdən mənzil alacağıq. İki övladımla mən uzun illərdir kirayədə yaşayıram. Aldığım maaşla kirayə pulunu belə çatdıra bilmirəm. Ümidlənmişdim ki kirayəyə verdiyim pulu “sosial ev”lərdən alacağım mənzilə ödəyəcəm. Bu bizim sonuncu ümidimiz idi, həmin ümidimiz də öldü”.

AMEA-nın əməkdaşı bildirib ki, “sosial ev”lərdən mənzil almaq üçün şərtləri çətinləşdirilib: “Lazımsız sənədlər tələb edirlər. Süni şəkildə aztəminatlı ailələrin “sosial ev”lərdən mənzil almasına mane olurlar, problem yaradırlar. Biz alimlər güzəştli mənzillərdən əlimizi üzmüşük. Artıq ikinci seçimdir ki “sosial ev”ləri nəğd pulla satırlar. Mənə maraqlıdır ki, 40-60 min manat pulu olan ailə niyə aztəminatlı ailə sayılsın axı? Əgər o ailənin nəğd ödəniş edib mənzili almaq imkanı varsa, ona niyə güzəştli şəkildə mənzil satılmalıdır? O başqa yerdən də mənzil ala bilər. Niyə aztəminatlı ailələrin mənzilinə göz dikirlər?”

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »