Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İynəbatırma metodu ilə min dərdə çarə tapmaq olar - Video

Qədim Çin təbabətində iynəbatırma (akupunktura) metodu ilə müalicə geniş yer almışdı.Min illərin sınağından çıxmış bu metod müasir tibb elmində də istifadı olunur. Son vaxtlar hətta narkotiklərə aludəlikdən əziyyət çəkənlərin müalicəsi üçün də akkupunktura üsulundan istifadə olunur. Bu yolla narkotik maddələrin “əsarət”indən can qurtararaq, normal həyata qayıdan minlərlə insane var.

Bizimyol.info bu gün sizə bu sahənin ən yaxşı bilicisi olan doktor Süleyman Əliyevlə müsahibəni təqdim edir.

- Süleyman həkim bir çoxları alternativ tibbi indi yardımç tibb adlandırmağa başalayıb.

- Alternativ tibb, o cümlədən iynəbatırma metodu ilə müalicə əslində çox böyük bir elmdir.Və öyrənilməsi də uzun illər tələb edir. İynəbatırma metodunun əsas missiyası əslində bədəndə harmoniya yaratmaqdır. İynəbatırma metodu bütün xəstəliklərin müalicəsində təklikdə möcüzələr törətmir, əlavə olaraq kompleks müalicə də tətbiq olunur.

- Akupunltura metodu ilə hansı xəstəlikləri müalicə etmək olur, hansı xəstəliklərin müalicəsində bu metod tövsiyə olunmur?

- Ginekoloji, nevroloji,dayaq-hərəkət aparatı sistemin xəstəliklərində, insultun reabilitasiyasında beyin parezlərinin reabiliatsiyasında, üz sinir , üçlü sinir parezlərində, beyin daxili təzyiqdə, göz çəpliklərində ,miqrenin müalicəsində uşaqlarda və böyüklərdə sidikqaçırma ( enorez) problemində ən gözəl müalicə üsuludur. Mən bunu bütün məsuliyyətimlə deyirəm. Enorezin bir nömrəli müalicəsi məhz iynəbatırmadır. Hətta qrijanı müalicə edirik. Kompleks müalicənin tərkibində iynəbatırma üsulu ilə ağrını yox edərək, xəstənin hərəkətinin rahatlaşmasına səbəb oluruq. Amma radulikitdə yalnız iynəbatırma bəs edir. Aritmiya, hipertoniya xəstəliyi,bronxial astma,gəyirmə,mədənin hipertoniyası, qəbzlik,yemək borusu,mədə spazmı,insult,nevralgiyalar, lumbaqa,radikulit-oturaq sinirin nevralgiyası, osteoxandroz,nevrozlar,kəkələmə,allergiya,menstrual tsiklin pozulması,klikmaterik sindrom,angina,faringit,laringit,rinit,eşitmə sinirinin nevriti,neyrodermit,dəri qaşınması, vaginizm,cinsi pozğunluq kimi xəstəliklərin müalicəsində uğurla tətbiq edilir. Şəkərli diabet, onkoloji xəstəliklərin müalicəsində bu metodun faydası yoxdur və tövsiyə edilmir. Hamilə qadınlara, qızdırmalı adamlara akupunktura məsləhət deyil.

- İnsan bədənində neçə bioloji aktiv və ya həssas nöqtə var?

- Xüsusi bioloji aktiv npqtələrin sayı 756-dır. Yaponlarda və çinlərdə bu rəqəmlər fərqlidir. Qulaqda isə ayrılıqda 156 nöqtə var. Qulağa 5 növ sisnir sistemi gəldiyinə görə ( bədəndə 2 növ sinir var) qulağa iynəbatırma ayrıca elm sayılır. Qulaqda daxili orqanlara təsir edən nöqtələr var. Müalicə zamanı hər dəfə bu nöqtələrdən 20 ədəd secirik, hər dəfə ayrı nöqtələrdən istifadə etməklə müalicə edirik, heç bir müalicə yöntəmimiz dünənkinə bənzəmir. İynəbatırmanın ümumiyyətlə çoxlu üsulları var. Bunlardan biri də yandırma gözərtmə üsuludur. Xüsusi otaqlarda aparılır.İstilik zərbəsi ilə xəstəyə təsir edir.Bu yolla arıqlamaq da mümkündür.

- Həkim, iynəbatırma metodikasını harda öyrənmisiniz?

- Mən ixtisasca kordiolqam. Bu elmi öyrənmək üçün Rusiyada xüsusi kurs keçmişəm. Hələ Sovet dönəmində. Əfsuslar olsun ki, indi bu metodu bilən azdır və öyrədilməsi də çox baha başa gəlir.Tibb elminin sirləri hələ tam öyrənilməmiş bu ən qədim metodunu bir çox həkimlər tətbiq etmirlər. Bir çox həkimlər ekranlara, efirlərə yol tapan gündən tibb elmini biznesə, bazara çevirərək, insanları zəhərləməklə məşğuldurlar. Halbuki bu metodla insanı çox effektiv şəkildə müalicə edib həyat bəxş etmək mümkündür.

- İynə batırıkarkən ağrı yaranırmı?

- Xeyr. Xüsusi nöqtələr vardır, bu nöqtələrə tətbiq edilidiyi üçün həm ağrı hiss edilmir, həm də səmərə verilir.

- Bəs diaqnostika məsələsi necədir? Əvvəlki illərdə xəstə həkimə yanaşanda həkimlər onların zahiri əlamətlərinə əsasən diaqnoz qoyurdu. İndi USM, analizlər bir sürü xərc olmaqla yanaşı, bəzən də gərəksiz yerə aparılır.

- Həkimin ilk növbədə analiz qabiliyyəti olmalıdır. Xəstənin əlamətlərini hiss etməli, şübhəli bir məqam qalarsa onu özü üçün aydınlaşdırmaq üçün lazımi təhlillərə göndərməlidir. İynəbatırma ilə müalicə zamanı xəstəni dinləyirik, müəyyən fikir yaranır. Xəstəlikləri barədə sorğu-sual olunur. Lazım gələrsə, analiz və USM müayinəsindən keçiririk, gərək yoxdursa iynəbatırma ilə müalicəyə başlayırıq.

- Bir kurs neçə gün davam edir?

- Müxtəlif şəkildə yanaşmamız var. Adətən 7-10 gün kifayət edir.

- Bütün xəstələrə, deyək ki, uşaqlara da eyni ölçüdə iynələr tətbiq olunur? Və bu iynələr birdəflikdir ya necə?

- Bu iynə hər xəstəyə ayrılıqda tətbiq edilir. Lakin xəstənin müalicə kursu davam etdiyi müddətdə onun öz iynələri sterilləşdirilib, yenidən istifadə olunur.

- Həkim indi sizə bütün qadınları, əslində elə kişiləri də maraqlandıran bir sual vermək istəyirəm. İynəbatırma metodu ilə arıqlamaq və iştahı bağlamaq mümkündürmü? Eşitdiyimə görə, qulaq ətrafında iştahı tənzimləyən nöqtələr var, onlara təsir etməklə arıqlamaq olurmuş.

- Bəli bu mümkündür. Ümumiyyətlə qulaq insan orqanizminin elə bir orqanıdır ki, burda insan bədəninin bütün nöqtələrinə təmas edən sinir xucları yerləşir. Bəzi həkimlər az qala qıyıq boyda iynələrlə bu qulaq ətrafı nöqtələrə təsir etməklə siz dediyiniz effekti almağa çalışırlar. Bu barbar üsuludur. Mən qulaqğın iki nöqtəsinə qızıl və ya gümüş iynələr sancıram, bu iynələr 3- 10 gün ərzində xəstənin qulağında qalır, xəstə gün içində bir necə dəfə bu iynələrin üstündən basdırmaqla iştahını tənzimləyə bilir. Bu eyni zamanda iştahın çoxalmasında rol oynayan daxili orqanların sağalmasında rol oynayır.

- Bu metodla qocalmanın qarşısını almaq və ya geriyə dönüş, gəncləşdirmə metodu mümkündürmü?

- Əslində bu gün gözəllik salonlarında tətbiq olunan mezoterapuya,oksigen terapiyası bu metodun bir hissəsidir. Bizdən götürüb adını yeni elm qoyublar.

- Yəni siz gözəllik prosedurlarla məşğul olursunuz? Yəni burda kosmetoloqların istifadə etdikləri maddələrdən istifadə edilir?

- Biz kosmetoloqların vasitələrindən istifadə etmirik.Mənim metodlarım da gözəlləşdirir, müəyyən maddələr də yeridirik. Plazma müalicəsi də tətbiq olunur.Salonlardan fərqli olaraq elmi və peşəkar əsaslarla.

- Bu qaydada əzələləri də inkişaf etdirmək mümkündür?

- Bəli. Biz mexaniki doldurma üsulu ilə deyil, əzələnin inkişafını stimullaşdıraraq bunu bacarıqıq.Hər insana qarşı fərdi yanaşama var, amma ümumilikdə bu mümkündür.

- Bəs psixi xəstələrt yanaşmanız necədir? İynəbatırma metodu bu xəstələrdə oyanmalara səbəb olub kəskinləşmə yaradarmı?

- Xeyr əksinə, psixi xəstəliklərin müalicəsində çox yaxşı effekt göstərir.

- Bu qədər min dərdə dərman bir müayinə üçüulu hamı üçün əlverişli və əlçatandırmı?Qiymətlər barədə məlumat almaq istərdim.

- Məncə Azərbaycanda ən ucuz müalicə üsullarından biridir. Bir seansımız 8 manat təşkil edir. Çox təəssüf ki, Azərbaycanda iynəbatırma ilə müalicə üsulu barədə çox insanlar xəbərsizdirlər. Bu metod bədəni müxtəlif kimyasalllarla zəhərləmədən, öz gücünə, sinir uclarını qıcıqlandırmaqla yenidən oyatamaq, harmoniya yaratmaqla sağlamlıq bəxş edir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »