Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hazırda “sosial ev”lərin satış prosesi həyata keçirilir

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində ümumilikdə 253 mənzilin onlayn satışı keçirilir.

Bizimyol.info xəbər verir ki, bu dəfə mənzillər iddiaçıların öz vəsaitləri hesabına alınacaq.

Mənzillərin onlayn satış prosesində iştirak edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, hazırda əlaqədar qurumlar prosesə hazırlaşırlar: “Hazırda 1159 nəfər sistemə daxil olub satışın başlamasını gözləyir. İndiyədək güzəştli mənzil almaq hüququ olan cəmi 11518 nəfər MİDA Sİstemində qeydiyyatdan keçib. Bu dəfə də canlı yayım təşkil olunmayıb. Növbəti 600 mənzilin onlayn satışının canlı yayımlanacağını bildirirlər. Onlayn satış prosesinin uğurlu çalışması üçün qərargah yaradılıb”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »