Bazar , 21 İyul, 2019
Baş səhifə / Sosial-İqtisadi / BFB-nin dövriyyəsi 24% azalıb

BFB-nin dövriyyəsi 24% azalıb

15 Views

Bu ilin yanvar-iyun aylarında Bakı Fond Birjasının (BFB) dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 24,3% azalaraq 8,884 mlrd. manat təşkil edib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə BFB-də dövlət qiymətli kağızlar üzrə dövriyyə ötən ilin analoji dövrü ilə müqayisədə 10,8% artaraq 6,656 mlrd. manat təşkil edib.

Hesabat dövründə səhmlərin dövriyyəsi 53,3 dəfə azalaraq 1,286 mln. manat, istiqrazların dövriyyəsi 10,4% azalaraq 301,9 mln. manat, repo əməliyyatları üzrə dövriyyə 6,1% azalaraq 437,8 mln. manat, törəmə alətlərinin dövriyyəsi isə 3,3 dəfə azalaraq 1,487 mlrd. manat təşkil edib.