Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakı metrosunda yeni qatarlarda problem yaranıb
Qatar Metro

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb.

"Report" xəbər verir ki, "Dərnəgül" - "Həzi Aslanov" İstiqamətində hərəkət edən qatar “İnşaatçılar” stansiyasında boşaldılıb.

Qatarın boşaldılmasına səbəb vaqonlardan birinin qapısının açılmaması olub.

Təxminən 5 dəqiqə ərzində maşinistin qapını açıb-bağlamaq cəhdləri boşa çıxdıqdan sonra sərnişinlər saat 08:01-də boşaldılıb. Təxminın saat 08:04-də qərar verilib ki, sərnişinlər yenidən həmin qatara minsin.

Bu zaman isə qapılar birdən bağlanıb və sərnişinlər qapı arasında qalıb. Polislərin və digər sərnişinlərin köməyi ilə qapıları aralayaraq sərnişinlər çıxarılıb.

Qeyd edək ki, bu hadisə ötən ay paytaxta gətirilən və bu ay istismara verilən yeni qatarlarda baş verib.

Paylaş »
››› Baltalanaraq öldürülən gəncin anası danışdı: "Təkidlə oğlumu Kiyevə çağırdı"
››› Rusların dəfn dərdi: Kənd camaatı meyitlərini baqajda, un kisəsində, ya da maşının banında daşıyır – Foto
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Bu uşağın cinsiyyəti yoxdur, çünki valideynləri belə istəyir - Foto
››› Ərdoğan 2 milyon suriyalını geri qaytarır
Son xəbərlər
Bütün xəbərlər »