Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Twitter-in işində ciddi problem yarandı

Bütün dünyada istifadəçilər Twitter mikrobloq şəbəkəsinin işində problem yarandığından şikayət edirlər.

Virtualaz.org "Downdetector"a istinadən bildirir ki, Bakı vaxtıilə saat 22.30-dan başlayaraq, sosial şəbəkənin nə web-versiyası, nə də smartfon üçün olan proqramları normal çalışır. Bir çox hallarda Twitter sadəcə olaraq, açılmır.

Nasazlıqlar ABŞ-da, Yaponiyada, Qərbi Avropada, Cənubi Amerikada və Rusiyada müşahidə olunur.

Nasazlıqların səbəbi hələlik məlum deyil.

Şirkət problemin olduğunu etiraf edib və əlavə məlumat verəcəyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »