Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda polis polkovnikin oğlunun faciəvi ölümünün səbəbi bilindi

Polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayevin faciəvi ölümünün təfərrüatı məlum olub.

Bakupost.az-ın ailəyə yaxın şəxslərdən əldə etdiyi məlumata görə, 28 yaşlı O. Ağayevin ölümü intihar yox, qəza olub. Bildirilir ki, gənc oğlanın anası ondan evin pəncərəsinə bağlı paltar asmaq üçün ipi düzəltməyini istəyib. Orxan pəncərədə paltarasılanın ipini düzəldərkən ehtiyatsızlıqdan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Ailənin yaxınları onu da qeyd edir ki, Orxan Ağayev dindar olub və namaz qılırmış. O, həmçinin, Dövlət Yol Polisindəki işini də davam etdirirmiş.

Onu da bildirək ki, faciəvi hadisə baş verən zaman evdə Orxanla bərabər anası da olub və hadisə qadının yanında baş verib.

Qeyd edək ki, O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Əliaslan Ağayevin oğludur.

Bizimyol.info xəbər verir ki, Hasan Aliyev imzalı sosial şəbəkə istifadəcisi öz facebook hesabında hadisə ilə bağlı yazı paylaşıb. Mərhumun qonşusu və yaxın dostu olduğunu bildirən H.Aliyev həkimlərin laqeydliklərindən şikayətlənib. Yazdığını beş bəndlə sıralayaraq Təcili Tibbi Yardım işçilərini, xəstəxananın və sonda ümumiyyətlə səhiyyə sisteminin yarıtmaz fəaliyyətini xarakterizə edib.

Hasan Aliyevin şərhini təqdim edirik:

Asan Aliyev

Son xəbərlər
Bütün xəbərlər »