Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlıların bazarına quldur hücumları edən “Alfa” zabitləri Qafqaz dağlarına qaçdı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsinin 8 zabiti barələrində cinayət işinin qaldırıldığını eşidərək ezamiyyətdə olduqları Şimali Qafqazdan geri qayıtmayıblar.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvada həmkarlarının quldur basqınları işi üzrə həbs olunduğunu eşidən zabitlər Şimali Qafqazda gizləniblər.

Həmin zabitlərin adı Moskvada azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus “Sadovod” bazarında Çin vətəndaşlarına quldur hücumlarında keçir. İş üzrə cəmi 15 “Alfa” döyüşçüsü barəsində ittiham irəli sürülüb. Onlardan 5-i Moskvada həbs olunub, ikisi ev dustaqlığına göndərilib. Qalanları isə axtarışa verilib. Axtarışa verilənlər həmin vaxt antiterror əməliyyatları ilə bağlı Şimali Qafqaza ezam edilmişdilər.

Moskvada Sadovod bazarı

Cinayət işinin materiallarına əsasən Çin vətəndaşları “Sadovod” bazarında satdıqları malların pulunu nəğdləşdirərkən FTX xüsusi təyinatlılarının hücumuna məruz qalıblar. Son iki ildə “Alfa” döyüşçüləri “Sadovod”da azı iki belə hücum həyata keçirib, 140 milyon rubl götürüblər. Onlar pulları daşıyan maşınların qarşısını nömrə nişanları olmayan avtomobillərlə kəsiblər, avtomobillərdən düşüblər və “FTX işləyir” qışqıraraq pulları götürüblər.

Son xəbərlər
Bütün xəbərlər »