Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Alman məktəbli dostları ilə birlikdə 1 milyon ağac əkdi: Məqsəd 1 trilyon ağacdır
Reyxstaq, Berlin, Almaniya

Üç il əvvəl alman məktəbli Feliks Finkbeyner sinif yoldaşlarına 1 milyon ağac əkmək ideyasını danışanda təəccüblənənlər var idi. Amma aksiyaya dəstək verənlər dəfələrlə çox olmuşdu. 9 yaşlı Feliksə xeyli dostları, tanışları qoşuldu və beləcə, 1 milyon ağac əkdilər.

Bizimyol.info xəbər verir ki, Finkbeynerin okytabrda 12 yaşı tamam olacaq və o, indidən dünyanın tanınmış eko-aktivistlərindən sayılır. Məktəbli BMT-nin dəstəyi ilə “Ağac ardınca ağac” kitabını nəşr etdirib. Feliks “Plant-for-the-Plant” qeyri-kommersiya təşkilatının yaradıcısıdır.

Finkbeynerin başladığı aksiya xeyli populyarlaşıb. Aksiya çərçivəsində əkilən ağacların sayı 14 milyarda çatıb. Məqsəd sayı trilyona çatdırmaqdır.

Paylaş »
››› Nazirin təyin etdiyi məktəb direktoru ana dilində düzgün yaza bilmir - Foto
››› Belarusu bürüyən etirazlar Lukaşenkonu geriyə addım atmağa məcbur etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› DTX Eldar Həsənovun həbsi ilə bağlı məlumat yaydı
Son xəbərlər
Bütün xəbərlər »