Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya “F-35” qırıcılarını məhv edəcək silah hazırlayır

Şimali Koreya beşinci nəsil “F-35A” qırıcı-bombardmançı təyyarələri ilə mübarizə aparmaq üçün xüsusi silah hazırlayır.

TASS xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyi yanında Amerikaşünaslıq İnstitutunun Tədqiqat şöbəsinin məlumatında deyilir.

Cənubi Koreyanın ABŞ-dan “F-35” qırıcılarını alması Şimali Koreyanı narahat etməyə başlayıb.

Şimali Koreya tərəfinin bəyanatında deyilir ki, sözügedən qırıcıların məhv edilməsi regionda ətraf ölkələr üzərində hərbi üstünlüyü təmin etməyə yönəlib.

Söhbətin məhz hansı silahın hazırlanmasından getdiyi məlum deyil. Lakin hesab edilir ki, Şimali Koreya taktiki raketlər hazırlayır.

Xatırladaq ki, ilk “F-35A” qırıcısı Cənubi Koreyaya martın sonunda verilib. 2021-ci ilədək daha 40 belə qırıcının təhvil verilməsi planlaşdırılıb. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »