Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ağdam bandası”nın başçısına 15 il iş vermək istəyirlər

“Ağdam bandası” qruplaşmasının başçısı Murad Məmmədov Rusiyada həbs olunub, Azərbaycana gətirilib. Burada məhkəmə qarşısına çıxarılıb. Rusiya Cinayət Məcəlləsinin beş maddəsi ilə (qəsdən adam öldürmə, quldurluq, soyğunçuluq, şantaj yolu ilə mənimsəmə və qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) ittiham olunur.

Bizimyol.info xəbər verir ki, dövlət ittihamçısı “Ağdam bandası”nın başçısının 15 il azadlıqdan məhrum edilməsini istəyib. Rusiya mətbuatı onun üç nəfərin qətlini sifariş verdiyini yazır. Bu işlər üzrə üç azərbaycanlı - Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev hələ 10 il əvvəl həbs olunublar, 24 il azadlıqdan məhrum ediliblər.

Murad Məmmədov Zamin İsayevə 300 min rubl (təxminən 5 min dollar) verərək, başqa bir azərbaycanlını öldürməsini istəyib. Zamin işə Əlibala Əliyevlə Kamil Qurbanovu qoşub. Əlibala əvvəlcə işləri korlayıb, tamam başqa adamı öldürüb. Onun səhvini Zamin özü düzəldib.

Ümumiyyətlə, “Ağdam bandası”nın daha dörd üzvü beş nəfərin qətlində ittiham olunur. Həmin adamlar ərzaq satışı şəbəkəsi rəhbərinin qızı Rumiyə Kərimovanı öldürüblər.

Son xəbərlər
Bütün xəbərlər »