Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyonları götürüb qaçan kassir qadın üçün insanlar pul toplayır

Başqırdıstanın Salavat şəhərində işlədiyi bankın 25 milyon rublunu (təxminən 400 min dollar) götürüb qaçan kassir qadını həbsxana həyatı gözləyir. Rusiyanın müxtəlif yerlərindən Luiza Xayrullinanı xilas etmək üçün çağırışlar gəlir.

Bizimyol.info xəbər verir ki, bu işdə zərər görən “Rosselxozbank”ın 25 milyon rublunu qaytarmaq üçün insanlar pul toplamağa başlayıb. İctimai xadim Əzəmət Qalin “Luiza Xayrullina fondu” yaradıb. Qalin deyir ki, hər gün toplanan məbləğ barədə ictimaiyyətə məlumat veriləcək.

Luiza həyat yoldaşı və iki uşağı ilə maydan yoxa çıxmışdı. Onları Başqırdıstanın hər yerində axtarırdılar. Sonra Kazanda kirayə qaldıqları məlum oldu. Deyilənə görə, uşaqlardan biri babasına zəng vurub, beləcə, polis Xayrullin ailəsinin yerini tapıb.

Rusiya televiziyasındakı “Pust qovoryat” teleşousuna gələn Luizanın həyat yoldaşı Marat Xayrullin pulları mərc oyunlarında uduzduğunu etiraf edib. Qadın 25 milyon rublu evə ilyarıma daşıyıb. Uduzulan pulların əvəzinə kassaya saxta əsginaslar qoyurlarmış.

Son xəbərlər
Bütün xəbərlər »