Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Putindən Zelenskinin görüş təklifinə cavab
putin - zelenski

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskinin Minskdə altı tərəfli görüş təklifinə münasibət bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Putin Rusiyanın Fransa və Almaniyanın da iştirak edəcəyi heç bir görüş formatından imtina etməyəcəyini qeyd edib.

“Görüş ilk növbədə yaxşı təşkil olunmalıdır. İkincisi, Ukraynada Ali Radaya seçkilər keçirilməli və hökumətin yeni tərkibi təsdiq olunmalıdır. Üçüncüsü isə, digər ölkələrin bu dəvətə necə reaksiya verəcəklərini bilmirəm”, - deyə Rusiya dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, Vladimir Zelenski iyulun 8-də feysbuk hesabında videomüraciətində Rusiya Prezidentinə ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın vasitəçiliyi ilə Minskdə görüşməyi təklif edib:

“Rusiya Prezidenti Vladimir Putinə müraciət etmək istəyirəm. Danışmaq lazımdır? Lazımdır! Gəlin Krımın kimin olduğunu və Donbassda kimin olmamalı olduğunu müzakirə edək. Danışıqlarda Siz, Mən, ABŞ Prezidenti Donald Tramp, böyük Britaniyanın Baş Naziri Tereza Mey, Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron iştirak etsin. Düşünürəm ki, Aleksandr Qriqoryeviç Lukaşenko bizi böyük məmnuniyyətlə Minskdə qəbul edə bilər. Diplomatik formatları dəyişdirməyəcəyik və ondan imtina etməyəcəyik. Biz danışmağı təklif edirik”.

Paylaş »
››› Daha bir ölkəni etirazlar bürüdü: polis əməkdaşını yandırdılar - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Marketlər və ticarət obyektlərinin iş saatı barədə rəsmi açıqlama
››› ABŞ prezidenti virusun sonunun yaxınlaşdığını elan etdi: “Ölkəni açırıq...”
››› Azərbaycanlı siyasi mühacir İsveçdə həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »