Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə xoruza gecə banlamağı qadağan etdi

İsveçrənin Sürix kantonunun bir qrup sakini qonşuluqda çoxlu ev quşu saxlanılmasından şikayət edib. Məsələ məhkəməyə qədər gəlib.

Bizimyol.info xəbər verir ki, onları daha çox xoruzlardan birinin gecə banlaması narahat edirmiş. Hətta  İsveçrənin “Neue Zurcher Zeitung” qəzeti bununla bağlı yazı hazırlayıb. Yazıda bildirilir ki, xoruz hər 5-10 dəqiqədən bir 84 desibel gücündə banlayırmış. Bundan başqa, ev quşlarının saxlanılması xoşagəlməz qoxu yaradırmış.

Məhkəmənin qərarına görə, xoruz daha gecələr banlaya bilməyəcək. Axşam saat 10-dan səhər 8-ə qədər ev quşu səs izolyasiyası olan qarajda qalmalıdır. Məhkəmə xüsusi qeyd edib ki, ümumiyyətlə, eş quşlarının saxlanılması yalnız hobbi xarakteri daşımalıdır.

Son xəbərlər
Bütün xəbərlər »