Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Regionlarda fəaliyyət göstərən iaşə obyekləri təbiətə görə turistdən pul alırlar” - Foto

“Regionlarda fəaliyyət göstərən hotellərdə, istirahət mərkəzlərində və restoranlarda süni qiymət artımına yol verilir. Bu da onların nadanlığından irəli gəlir. Nəticədə turistlər başqa ölkələrə uz tuturlar”.

Bu barədə bizimyol.info-ya açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.

O, regionlarda fəaliyyət göstərən həmin hotelləri idarə edən şəxslər sərt tənqid edib: “Həmin hotellərdə işləyən adını “menecer” qoyan şəxslər və sahibkarlar çox aşağı səviyyədə düşünürlər. Təbiətin mənzərəsinə, küçəyə baxmağa görə turistlərdən pul alırlar. Bu şəxslər turizm sahəsinə aid deyirlər, bu sahəyə təsadüfən düşmüş şəxslərdirlər”.

Ekspert qeyd edib ki, turizm sahəsində qiymətlərin qənaətbəxş olması üçün mütləq rəqabət olmalıdır: “Turistlərin üz tutduğu yerlərdə, şimal-şərq, şimal-qərb və cənub zonasında mütləq 1-2 ulduzlu hotellər də inşa olunmalıdır. 1-2 ulduzlu hotellərin inkişafı avtomatik olaraq 4-5 ulduzlu hotellərin qiymətini tənzimləyəcək.

Turistlərdə narazılıq ona görə yaranır ki qiymətlərlə xidmət arasında uzlaşma yoxdur. 1 manatlıq xidmət təklif edib, 10 manat alanda turist narazı qalacaq”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »