Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin təltif etdiyi Cümhuriyyət irsinin araşdırmaçısı danışdı

Bakı Dövlət Universitetinin müəllimi Nəsiman Yaqublu “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Biziyol.info tədqiqatçı alimlə əlaqə saxlayıb. Professor mükafatlandırılmasını həyatında xoş gün kimi xarakterizə edib: “Gördüyüm işlərin qarşılığında təltif edilməyim gözlənilməz olmadı. Siyasi mövqeyimə görə yox, elmi fəaliyyətimə görə təltif edilmişəm”.

“Bakı Dövlət Universitetində M.Ə.Rəsulzadənin büstünün qoyulması gözlənilirmi?” sualına cavab olaraq bildirib ki, hər fürsətdə müvafiq dairələrə bununla bağlı fikrini bildirib. Alim universietin 100 illiyində M.Ə.Rəsulzadənin büstünün qoyulacağına ümidini dilə gətirib. Gələcək fəalliyyətindən danışan tədqiqatçı alim Azərbaycan Xalq Cümhuriyyəti dövrü, cümhuriyyətçilərin həyatı ilə bağlı araşdırmalarını davam etdirdiyini bildirib.

Alim yaxın günlərdə Azərbaycanda yaşamış polyaklar və Azərbaycan Cümhuriyyəti dövründə polyakların fəaliyyəti barədə rus və ingilis dilində kitabı çap olunduğunu bildirib. Qeyd edib ki, bu da öz növbəsində böyük töhvə olacaq. “Özüm üçün də maraqlı mövzu idi ki, Azərbaycan Xalq Cümhuriyyət dövründə burada yaşamış milli azlıqlar, başqa xalqların nümayəndələri Cümhuriyyətə nə dərəcədər dəstək verib, hansı köməkləri olub”. Azərbaycan dilində də nəşrinə başlanımış kitab yaxın aylarda çap ediləcək.

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »