Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftçalada avtomobil aşıb, ölən və yaralananlar var

Neftçala rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobil aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »