Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkəmizdə İcbari Tibbi Sığortanın tətbiqinə 173 gün qaldı

İşləyən təbəqə bağlanmış müqaviləyə əsasən 2 faiz, sərbəst məşğulluq kateqoriyasında olanlar ilə sabit 120 manat ödəməlidirlər

Ölkəmizdə 173 gündən sonra İcbari Tibbi Sığortanın tətbiqinə başlanılacaq. 2019-cu il icbari tibbi sığortaya hazırlıq ili kimi nəzərədə tutulmuşdu. Artıq ilin yarısına çatmışıq. Bu münasibətlə Azərbaycanda 3 rayonda - Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə hyata keçirildi.

Hansı işlər görülüb, hansı işlər həyata keçirilməlidir, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri rəhbəri Zaur Əliyev BizimYol-a danışıb.

“Bu yarım ildə agentlik sənədləşmə və normativ hüquqi baza ilə əlaqədar işləri görüb. İndi qalır əhalinin maarifləndirilməsi.Hədəfimiz əhalinin düzgün maarifləndirilməsidir. 2020-ci ilin yanvar ayında icbari tibbi sığortanın tətbiqi başlayanda əhali bilməlidir ki, hara müraciət etməli, haraya sığorta ödənişləri etməlidir. Bəzi insanlar düşünürlər ki, icbari tibbi sığortanın tətbiqi başlayan kimi bütün tibb xidmətləri havayı olacaq. Bu belə deyil. Əvvəlcə müyyən ödənişlər həyata keçrilməlidir. Ödəniləcək məbləğə gəlincə onu deyə bilərəm ki, işləyən təbəqədə işə götürələ işə qəbul olunan arasında bağlanmış müqaviləyə əsasən 2 faiz ödəniş olmalıdır Sərbəst məşğulluq kateqoriyasında olanlar sabit 120 manat ödəməlidirlər. Qeyri-iqtisadi fəal təbəqənin sığorta ödənişlərini dövlət həyata keçirəcək.Yəni vətəndaş müəyyən sığorta ödənişləri ( bu heç də böyük məbləğ deyil) edərək edərək böyük xidmətlər ələd edə bilər. İstədiyi qədər yararlana bilər. Bunu əhaliyə çatdırmaq üçün vətəndaşların iştirakı ilə maarifləndirmə işləri aparacağıq. Xəstəxanalarda qeydiyyat şöbəsində işləyən insanları dəvət edərək təlim mərkəzləri qurmuşuq, proqram təminatları öyrədirik. Artıq müraciət edən əhalinin qeydiyyatını aparmağa başlayıblar. Gələn ildən isə bu cox vacib olacaq. Hər şey dəqiq olmalıdır ki, hər bir vətəndaş ödədiyi məbləğ müqailində xidmət ala bilsin”,- deyə Zaur Əliyev qeyd edib.

Xatırladaq ki, Milli Məclisdə Səhiyyə Komitəsində komissiya yaradılıb. Bu komissiyanın qarşısında duran hədəf ilkin səhiyyə xidmətinin gücləndirilməsindən ibarətdir.Yaradılan komissiya bir növ dəstək komisisyası olacaq.

Milli Məclisin deputatı Əhliman Əmiraslanovun fikrinə görə İcbri Tibbi Sığortanın tətbiqində Cənubi Koreya təcrübəsi faydalanmaq üçün ən yaxşı versiyadır.

Bu yaxınlardaCənubi Koreyaya səfər etmiş millət vəkili onların sistemlərindəki uğurlardan bəhs edərək qeyd edib ki, bu sistemə əsasən xəstəyə yalnış diaqnoz və müalicə tətbiq etmək imkansızıdır. Çünki xəstə barədə ətraflı məlumatla təmin olunmuş sistem yalnış tətbiq olunan dərman barədə dərhal həyəcan siqnalı verir.

Millət vəkili, kordioloq doktor Rəşad Mahmudov bildiriblər ki, həkimlərin bir çoxu sığorta sisteminin onlara hörmətsilik gətirməsindən şikayətçidirlər.

Bizimyol.info olaraq əvvəllər apardığımız araşdırmalar zxamanı bəzi həkimlərin sığorta sistemində sabit maaşdan gileylənməsi, əlavə gəlirin olmamsından şikayətçi olması barədə məlumat əldə etmişdik. Lakin Rəşad Mahmudovun bəhs etdiyi məqam başqadır. “Həkim deyir ki, mənə müəyyən qadağalar qoyulur, bu müaayinəni apara bilməzsən deyilir. Çünki, sığorta sisteminə nəzarət edən qurum maliyyə qurumunun nəzdindədir” Məsləyələ bağlı İcbari Tibbi Sığorta Agentliyinin əməkdaşı İlham Hüseynovun Bizimyol.info saytına verdiyi açıqlamada isə bildirilir ki, müalicə zamanı xəstənin sağalması üçün hər hansı limit qoyulmur. “Onkoloji xəstəliklərin müalicəsi dövlətin nəzarətindədir. Digər xəstəliklərin müalicəsi zamanı isə həkimə bunu yaz, onu yaz sözü deyilmir. O istədiyi müalicəni tətbiq edə biləcək. Bu günə qədər həyata keçirilən pilot layihədə də müəyyən dəyişikliklərin edilməsi nəzrədə tutulub ki, bunun hamısı əhalinin tibbi sığortadan razı qalmasına hesablanıb.

Bu günəı qədər bildiyimiz tibbi sığorta ilə əlaqədar kiçik bir nüans var idi. İşlədiyi şirkətdə tibbi sığorta olunmuş hər hnsı bir şəxs sığorta xətti ilə əməliyyata və müalicəyə üz tuturdusa gərəkli gərəksiz onlarla analiz verməli olurdu. Sığorta xətti ilə gələn xəstələrin bütün ödənişlərini sığorta şirkəti qarşılayırdı deyə, maliyyədən narazı qalmayan xəsətə susur, xəstəxana udurdu. İndiki halda deyək ki, 120 manat (ayda 10 manat ödəniş etmək şərti ilə) sığorta ödənişi edərək xəstəxanaya üz tutan xəstəlrin müalicəsinə hansısa limit qoyulacaqmı? Və ya əksinə gərəksiz analizlər olacaqmı? Bu suala cavab olaraq agentliyin rəsmisi İlham Hüseynov bildirdi ki, tibbi sığorta olunmuş hər bir kəs istədiyi tibbi dəstəyi alacaq, hər hansı limit qoyulmayacaq. Gərəksiz analizlərə gəlincə, isə ümumi bir nəzarət sistemi var ki, bu sistem həkimlərin düzgün müayinə aparmasına nəzarət edəcək.

Millət vəkili İlham Məmmədov tibb Universitetinin tələbələri arasında ailə həkimi olmaq istəyən mütəxəssislərin sayının artırılması üçün stimullaşdırıcı addımların atılmasının vacibliyini qeyd edir.

Qeyd edək ki, ilin sonunda İcbari tibbi sığortanın təbiqinə dair çatışmazlıqların aradan qaldırılması, təkliflərin dinlənilməsi məqsədi ilə ictimai dinləmələr keçiriləcək.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »