Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən taxıl biçinin nəticəsi ilə bağlı açıqlama
Taxıl biçini - Kombain

“Ölkədə taxıl biçini prosesi 90 faiz başa çatıb. Yalnız yüksək dağlıq yerlərdə, Lerik, Zaqatala və digər yerlərdə gec yetişən sortların biçini qalıb”.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Nicat Nəsirli bizimyol.info-ya bilirib.

Nicat Nəsirli Nicat Nəsirli

O qeyd edib ki, bu il biçin prosesinə iki amil ciddi təsir edib: “Birincisi, texniki təminat məsələsi. Keçən il kombayn təminatı ilə bağlı problem olmuşdu. Belə ki kombaynlara GPS aparatı quraşdırılıb, dislokasiya ərazisindən kənara çıxmağına nəzarət olunur. Və hər bir texnika öz rayonuna təhkim olunmuşdu. Nəticədə taxıl biçinində itkinin qarşısı alındı. Məsələn, keçən il kombayn çatmadığına görə arpa sahələri biçilməmişdi, birbaşa buğda sahələri biçilmişdi. Çünki yetişmə sürətlə getmişdi, çatdırmaq olmurdu. Amma bu il öncə arpa sahələri biçildi, sonra da buğda sahələri.

İkincisi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aylar öncə qərar çıxarıldı ki, yalnız 50 hektara qədər ərazilər, yəni kiçik sahələr biçiləcək. Niyə görə belə qərar çıxarıldı. Təxminən ölkəmizdə 1 milyon 300 min istehsalçı var. Bunun böyük əksəriyyəti xırda fermerlərdir. Hansı ki onların 1-5 hektar arasında biçin sahəsi olan istehsalçılardır. Əsas istehsal burada baş verir, yəni ailə təsərrüfatlarında. Ona görə də bu il haqlı qərar çıxarıldı ki, proritet məsələ öncə kiçik təsərrüfat sahələrini biçməkdir.

Biz keçən illərdə görürdük ki, böyük təsərrüfatlarda, 20 min hektarda taxıl əkən bir şirkət gəlib yetim-yesirin kombaynına gözün dikirdi. Hansı ki özünün maddi imkanı da var, kombayn ala da bilər, icarəyə götürə də bilər. Bunların heç birisini eləmirdi. Kiçik təsərrüfatlara pressinq göstərib onların kombaynından istifadə edirdi. Bu dən də elədir ki, yetişdi gərək dərhal biçəsən. Yerə töküləndə isə kombayn onu bir-bir yığa bilmir”.

Nazirliyin rəsmisi deyib ki, kombaynların hərəkətinə və iş qrafikinə nəzarət olunması, eyni zamanda kiçik təsərrüfatlara önəm verilməsi bu il biçinin itkisiz yığılmasına səbəb oldu: “Biz məhsuldarlıqda hələ ki çox da böyük nəticə əldə edə bilməmişik. Məhsuldarlıq 27 sentnerdən 32 sentnerə qalxıb. Yəni bir hektardan məsələn təqribən 3 ton məhsul yığırıq. Proqnoz keçən ilin nəticəsi ilə eynidir. Yəni 3 milyondan bir az artıq dən məhsulu əldə edəcəyik”.

Ramid İbrahimov

Paylaş »
››› Baltalanaraq öldürülən gəncin anası danışdı: "Təkidlə oğlumu Kiyevə çağırdı"
››› Rusların dəfn dərdi: Kənd camaatı meyitlərini baqajda, un kisəsində, ya da maşının banında daşıyır – Foto
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Bu uşağın cinsiyyəti yoxdur, çünki valideynləri belə istəyir - Foto
››› Ərdoğan 2 milyon suriyalını geri qaytarır
Son xəbərlər
Bütün xəbərlər »