Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Anam, bacım, yeznəm qəzaya düşdülər, evimi satıb ehsan verdim" - Video

Səfil həyatı yaşamağa düçar olmuş Etibar Əliyev xəstəxanadan küçəyə atıldığını deyir

İki gündür Koroğlu metrostansiyasının yanından keçəndə gözümə sataşır. Açığı risk edib yaxınlaşa da bilmirdim. Bu gün səhər özümdə cəsarət topladım. Yaxınlıqda - körpünün altında şirniyyat, çörək, yumurta satılan yerdən imkanım daxilində alış-veriş edib yaxınlaşdım. Məni görəndə onun üz mimikalarını, minnətdarlıq jestini nəinki cümlələr, heç kitablar da tutmaz. Bütün üz qırılşları da sevinirdi kalorili yemək yeyəcəkdi deyə. Salamlaşmamışdan qabaq qardaş, məm dilənçi deyiləm, heç kimdən heç mə dilənmirəm. İmkanın yoxdursa Vallah incimirəm, özünlə apar. Mənə verirsənsə halallıq ver. Utanıram əl açam götürəm qoyarsan bura yeyərəm, neşə gündür çörək yemirəm dedi. Halal xoşun olsun deyib aldıqlarımı onun əl işarəsinin tuşlandığı yerə qoydum. Salamlaşdıq, hal-əhval olmağa gəlincə üzümə tərs-tərs baxdı. Səncə belə bir adamın əhvalı necə olar?

Deyir adım Etibardı, soyadım Əliyev. Təzə ailə qurub, iki azyaşlı uşağı var. Evi yoxdur. Deyir ki, evini satıb bacısına, anasına bir də kürəkəninə ehsan verib:

"Əmircanda evim vardı. Anam, bacım, yeznəm qəzaya düşdülər rəhmətə getdilər. Mən də xəstəxanada idim, indiki dövrdə meyit götürmək asan məsələ deyil. Dedim evi satsınlar məclisi yola versinlər. Evi satdılar, məclisi yola verdilər. Soruşdum bir nəfərdən ki, bəs məclis necə keçdi, dedilər ki, süfrədə quş südü də var idi, banan da. Dedim şükür, anama, bacıma, yeznəmə ehsan verə bildkm, ortalıqda qalmadılar. Sonra məni xəstəxanadan çıxartdılar. Sabunçu qəssabxanasında başım oyun gətirdilər. Heç olmasa yüz nəfərdən pul alırlarsa mənim kimi yetimi də pulsuz yola verərdilər. Mənlə meyit kimi davranırdılar. Kateteri elə çıxardırdılar ki, axırda ağrıya dözmədim, özüm əlimlə dartıb çıxartdım. Dedim azı siz Hippokrata and içmisiniz, niyə belə davranırsınız, bir qadın medsestra dedi ki, Hippokrat kimdi, o hansı bazadda alver edir? Məni xəstəxanadan bayıra atdılar. İki gündü burada, tualetin üfunətini qoxlaya-qoxlaya yatıram".

Etibar Əliyev onun yanından ötüb keçənlərdən də danışdı. Deyir ki, taksi sürücüsü onun 1 manatını alıb vermir:

"Sağ olsun polislər. Hər dəfə burdan ötüb keçəndə mənə nəsə alırlar, verirlər, halımı soruşurlar. Dünən prezident aparatından bir qadın keçirdi, mənim səsimi yazdı, videomu çəkdi. Deyir səni bir evə yerləşdirdəcəm. Çox ümid edirəm ki, bu günlərim sayılı günlərdi. Amma məni incidənlər də var. Ayaqlarım tutulub, yeriyə bilmirəm. Burada dayanan bir takao sürücüsünə üstümdə olan son 1 mamat 50 qəpiyimi verdim. Dedim bir tikə çörək alsın versin. O da pulu aldı amma çörək al admadı mənə. 4-5 dəfə də gördüm, çağırdım gəlmədi. Gedə bilsəydim onu yaxalayardım, deyərdim ay insafsız, mən yetimi onsu da Allah atıb, sən niyə mənə atırsan? Mənim bu adeyaldan başqa heç nəyim yoxdu, o da heç mənim deyil, yoldan keçən bir nəfər atdı üstümə, niyə belə edirsən? Çox insafsız insanlarımız da var".

Ağsaqqal deyir ki, ayaqları tutulduğu üçün dövlət qurumlarına da müraciət edə bilməyib. Ona görə də dövlətin ondan xəbəri yoxdu, ümidi onun videosun çəkən qadınadır:

"Məni bütün İçərişəhər əhli tanıyır, gözəl sənətkaram. Elektron nərdin ustasıyam. Sadəcə burda ayaqlarım tutulub, yeriyə bilmirəm. Yeriyə bilsəydim gedib dövlətimə sığınardım. Heç yerə müraciət edə bilməmişəm ki, mənə sahib çıxsınlar, məni sağaltsınlar. Böyrəyim xarabdı, qarnımda deşik var, nə içirəmsə süzülür. Müalicəyə ehtiyacım var. Mənim tək işləyən yerim başımdı, başıma görə narahatam. Sağalsam çox yaxşı işlər görə bilərəm. Ümid edirəm sağalacam".

Rövşən Əsədovun videomüsahibəsini oxuculara təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »