Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili: "Orduya könüllü yardım kütləvi ənənə halını almalıdır"

Bir həftə əvvəl Milli Məclisin deputatı Səyavuş Novruzov bildirmişdi ki, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı fonda 20 min manat köçürüb . Həmçinin deputatlardan hər biri 500 manat məbləğində Silahlı Qüvvələrə Yardım Fonduna yardım ediblər:

Azərbaycan ordusunun kifayət qədər böyük potensiala sahib olduğunu bilirik. Dövlətin orduya ayırdığı maliyyə də kifayət qədər çoxdur. Deputatlarımızın yardım istəyinin nə ilə bağlı olması sualının cavabını 2016-cı ildə Milli Məclisdə orduya ilk dəfə könüllü yardım etməklə bu kampaniyanın əsasını qoymuş deputat Nəsib Məhəməliyevdən soruşduq.

Deputat Bizimyol.info-nun sorğusunu belə cavablandırdı:

“Orduya hər il sistemli olaraq kifayət qədər vəsait ayrılır. Bunun nəticəsidir ki, Azərbaycan ordusu dunyanın 50 ən güclü orduları sırasına daxil edilib. Millət vəkillərinin, YAP fəallarının, ictimaiyyətin digər numayəndələrinin mudafiə fonduna vəsait köçürmələri xususi zərurət olduğu üçün deyil, sadece vətənpərvərlik hisslərindən irəli gəlir. Mən də məmnuniyyətlə bu tədbirdə iştirak etmişəm”,- deyə deputat bildirib. Əldə etdiyimiz məlumata görə Nəsib Məhəməliyev öncəki kampaniyalardan birində bütün deputat maaşını milli orduya yardım üçün köçürüb. Millət vəkili bildrib ki, bu tədbirin kütləvi hal alması çox yaxşı olardı. “ Çox yaxşı olardı ki, bu tədbir kütləvi ənənə halını alsın, ölkəmizdə kifayət qədər imkanlı insanlar var. Vətənin ordusu nə qədər güclü olsa vətən o qədər güclü olar. Orduya göstərilən sevgi və dəstək bu ordunu daha güclü , daha etibarlı bir qüvvəyə çevirər”.

Əhalinin orduya yardım söhbətini Azərbaycanı sevməyən qüvvələr bizə qarşı təxribat kimi istifadə edə bilərmi? Ölkə vətəndaşı olaraq narahatlıq yaradan bu sualı millət vəkili belə cavablandırdı:

“Birincisi, dovlətimizin imkanları və gücü kifayət qədərdir. Bunu hər il budcədən ayrilan vəsaitlər, olkəmizin valyuta ehtiyatlari subut edir. Duşmən tərəfin fikirlərinə gəlincəelə onların öz maddi imkanlarını nəzərdən keçirmək kifayət edir. Ermənistanın dovlət budcəsinə baxmaq ve uzun iller dunyanın muxtəlif olkələrində keçirilən yardım marafonları, kredit halinda alınan silahlar, ianələr ve digər məsələlər vəziyyetin necə olduğunun təsdiqidir.Yeri gəlmişkən, düşmən özü də Azərbaycan ve Ermenistan iqtisadiyyatının fərqini çox gozəl bilir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »