Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kafeni sökməyə gələn məmurların üstünə benzin töküb yandırmaq istədi - Video
kafeni sokulme

Növbəti qanunsuz kafenin sökülməsi Rusiyanın Sankt-Peterburq şəhərinin Əmlaka nəzarət komitəsinin (ƏNK) əməkdaşları üçün polis bölməsinə ziyarətlə başa çatıb. Virtualaz.org “Fontanka” nəşrinə istinadən xəbər verir ki, iyulun 9-da məmurlar Cənub Sahil parkında, Doblest küçəsində yerləşən yay kafesini sökməyə başlayıblar və 47 masa, 188 stul götürüblər.

Məmurlar öz hərəkətlərinin qanuni olmasına tam arxayın olublar. 250 kvadrat metrlik ərazi şəhərə məxsusdur, icarəyə verilməyib. Lakin heç bir adı olmayan bu kafeni saxlayan fərdi sahibkar başqa cür düşünürdü.

Dövlət qurumundan verilən məlumata görə, obyekt sökülən zaman təxminən 12-15 nəfərlik dəstə kafeyə gəlib və ərazinin boşaldılmasına çalışan ƏNK əməkdaşlarına mane olmağa cəhd ediblər. “Onlar məmurları və onların qohum-əqrəbasını təhqir ediblər, fiziki güc tətbiqi ilə hədə-qorxu gəliblər, fiziki güc tətbiq ediblər”, - məlumatda deyilir.

Kafenin sokulməsi

Bundan sonra kafe sahibinin qohumu ƏNK məmularından ikisinin üstünə kanistrdən benzin töküb və yandırmaqla hədələyib. Lakin elə öz adamları onu tutub saxlayıblar.

ƏNK əməkdaşları polis çağırıblar və kafeni müdafiə edən şəxsin qanunsuz hərəkətləri ilə əlaqədar ərizə yazıblar. Qurumdan bildirilib ki, kafenin sökülməsi davam etdirilir.

kafeni sökulmək

Nəşr əlavə edir ki, Rusiya İstintaq Komitəsinin Peterburq üzrə idarəsi faktla bağlı RF Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılığın tətbiqi) maddəsi ilə cinayət işinə başlayıb.

Bu gün polis əməkdaşları 28 yaşlı Nurəddin A.-nı tutublar. Məlum olub ki, Azərbaycandan gələndən sonra o, artıq 10 ildir ki, Sankt-Peterburqda yaşayır. Nurəddin fəal şəkildə fermer təsərrüfatı ilə məşğul imiş, halal məhsul istehsal edirmiş...

Paylaş »
››› Günlərdir itkin düşən oğlan tanınmaz halda tapılıb
››› Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu
››› Arvadına 18 bıçaq vurdu, ürəyi soyumadı, başını kəsdi
››› Boşanma mərhələsində olan Fuad Qəhrəmanlı və Zümrüd Yağmurdan açıqlama
››› İran total müharibə anonsu verdi
Son xəbərlər
Bütün xəbərlər »