Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahalaşmış mallar endirim adı altında alıcıya “sırınır” - Fotolar

Məlum məsələdir ki, ölkədə həmişə pensiyaların qalxması bazarlarda ərzaq məhsullarının bahalaşması ilə müşahidə olunur.

Bir müddət öncə dövlət başçısının əmri ilə ölkədə bir çox peşə sahiblərinin, güc strukturu işçilərinin əmək haqqının yüksəldilməsi barədə qərarı yenidən hamıda bahalaşma olacağına dair fikir yaratdı. Bir çox dövlət rəsmiləri qiymətlərin süni surətdə şişirdilməməsi üçün müəyyən tənzimləmələr olacağını bildirdilər. Bəzi iqtisadçılar ölkədə bahalaşmanın əslində inkişafdan xəbər verdiyini qeyd etdilər.Qiymətlər isə bahalaşmaqdadır.

Bizimyol.info xəbər verir ki, bir neçə gün ərzində paytaxtın müxtəlif rayon və qəsəbələrində yerləşən market və bazarlarda qiymət artımının olub-olmamasına dair müşahidələr apardıq. Kişik market satıcılarının bahalaşma ilə bağlı verdiyimiz suala cavabı demək olar ki eyni oldu – qiymətlər yüksəlib.

Ən maraqlı fakt bu oldu ki, supermarketlərdən birində həmişə kilosu 8 manata satılan qiymə bu dəfə 8 manat 65 qəpiyə satılırdı və vitrinə böyük hərflərlə endirim yazılmışdı. Bahalaşmanın endirim adı ilə ört-basdır edilməsi isə yeni fakt deyil. Bu da son illərin yeni marketinq üsuludur.Yumurta, çörək, unun qiyməti sabit qalıb, soğan, kartofun qiymətində bahalaşma müşahidə olunur, mövsümə uyğun olaraq şəkər tozunun qiymətində cüzi bahalaşma qeydə alınıb.

Qışdan qalma quru materiallarda, şoraba, konservlışdirilmiş məhsulların qiymətində cüzi artım var. Kosmetik məhsullarda və kosmetik xidmətlərdə artım nəzərə çarpır.

market mehsullar Baki 2

Dövlət Statistika Komitəsinin iyun ayı üçün məlumatına görə, ay ərzində uzun düyünün, qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, suda bişmiş kolbasanın, sosiskanın, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, kərə yağının, bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, sarımsağın, kartofun, quru noxudun, mərcinin, çayın, arağın, pivənin və tütün məmulatlarının qiymətlərində ucuzlaşma, yumru düyünün, manna yarmasının, makaron məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, xamanın, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, günəbaxan, qarğıdalı və zeytun yağlarının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, yerkökünün, şəkər tozunun, dondurmanın, qəhvənin, kakaonun, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »