Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
6 ayda sahibkarların “Azərişıq” ASC-yə müraciətlərinin sayı 3 dəfə artıb
2019-cu ilin arxada qalan yarım ili ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 5200 sahibkar obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün müraciət edib ki, bu da 2018-ci ilin ibirinci yarım ili ilə müqayisədə 3 dəfə çoxdur. Belə ki ötən ilin müvafiq dövründə 1642 sahibkar obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün müraciət etmişdi.

Bizimyol.infoya bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Sahibkarların müraciətlərinin sayında ciddi artım müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərman imzalaması və şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilməsi kifayət qədər ciddi islahat sayılır. Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, ən əsası isə “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanan Elekltron müraciətlərin idarəolunması sisteminin Elektron Hökumət portalına inteqrasiya edilməsi də sahibkarların və ya vətəndaşların onlayn qaydada müraciət etməklə bir neçə dəqiqənin içində işini yekunlaşdırmasına şərait yaradıb.

2019-cu ilin arxada qalan 6 ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən vətəndaşların da sayında 2 dəfədən çox artım olub. Belə ki, ötən ilin birinci yarısında 9500 vətəndaş evinə, bağına yaxud həyətinə işıq çəkdirmək üçün müraciət etmişdisə, bu ilin yarım ili ərzində 2075 vətəndaş elektrik şəbəkəsinə qoşulmaqla bağlı “Azərişıq” ASC-yə müraciət edib. Ümumilikdə isə “Azərişıq” ASC-nin ASAN xidmət və ASAN Kommunal vasitəsi ilə göstərdiyi 15 xidmət üzrə 2019-cu ilin arxada qalan yarım ili ərzində 148 min müraciət olunub ki, bu da ötənilkindən 47 min müraciət çox deməkdir. Xatıqraladaq ki, ötən ilin müvafiq dövründə 101 min müraciət daxil olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »