Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan XİN başçısından Putinin qərarı barədə açıqlama

“Rusiya prezidentinin Gürcüstana qarşı sanksiya tətbiq etməməklə bağlı qərarını düzgün addım hesab edirəm”.

“İmedi” TV xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Rusiya prezidenti Vladimir Putinin müvafiq bəyanatını şərh edərkən bildirib.

“Təbii ki, hadisələri izləyirdik və qeyd etməliyəm ki, gərginliyi artıran, vəziyyətin daha da pisləşməsinə gətirib çıxaran o təxribatçı çıxışlar əsla qəbuledilməzdir. Sizdən eşitdiyim Rusiya prezidentinin qərarı, əlbəttə ki, yeganə düzgün addımdır və təqdirəlayiqdir”, - deyən gürcüstanlı nazir ölkədə sabitliyi pozmağa çalışan müəyyən pozucu qüvvələrin fitnələrinə uymamağın vacibliyini vurğulayıb. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »