Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Lavrov Mnatsakanyanla Qarabağı müzakirə etdi
Lavrov Mnatsakanyanla

Rusiya və Ermənistanın xarici işlər nazirləri - Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

RİA Novosti xəbər verir ki, görüş Slovakiyanın Vısokiye Tatrı şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası çərçivəsində baş tutub.

"Görüşdə Mnatsakanyan və Lavrov Ermənistan-Rusiya müttəfiqlik gündəliyində olan məsələləri, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər", - Ermənistan XİN-in məlumatında deyilir.

Xarici işlər nazirləri həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesini nəzərdən keçiriblər.

Virtualaz.org xatırladır ki, Slovakiyanın Vısokiye Tatrı dağlarındakı qəsəbədə ATƏT-in üzvü olan ölkələrin Xarici İşlər nazirliyinin qeyri formal görüşü keçirilir. “Keçmiş fəaliyyətdən gələcək preventiv tədbirlərə: ATƏT-in Avropada və onun hüdudlarından kənarda sabitliyin möhkəmlənməsinə töhfəsi” mövzusunda keçirilən görüşdə 57 ölkədən nazirlər və yüksək vəzifəli diplomatlar iştirak edirlər.

Görüşdə münaqişə zonaları, transmilli təhlükələr, iqtisadi və ekoloji problemlər də müzakirə olunur.

Paylaş »
››› Rayonlara gediş-gəliş bərpa olunacaq - Yeni qaydalar tətbiq ediləcək
››› Şənbə-bazar günləri kimlər bayıra çıxa bilər... - Rəsmi açıqlama
››› Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”
››› 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
››› Baş Nazir qərar verdi: Cümə günü saat 14:00-dan məhdudiyyət qüvvəyə minir
Son xəbərlər
Bütün xəbərlər »