Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sərnişindaşımadakı xaos - Sərnişin ölümləri və dəhşətli qəzalar
Nəqliyyat  -  Yol

Bu gün Bakı-Astara yolunun Masallı rayonu hissəsində baş vermiş, 1 nəfərin yaralanması, 8 nəfərin ölümü ilə nəticələnmiş ağır yol nəqliyyat hadisəsi əslində ölkəmizdə həllini çoxdan gözələyən və yalnız ağır qəzalar zamanı yada düşən bir məsələni də aktuallaşdırır. Söhbət ictimai sərnişin daşımalarında sürücü məsuliyyəsiliyindən və bu işlə ürəyi istəyən hər kəsin məşğul ola biləcəyindən gedir.

Bu günkü qəzanın səbəbkarı olan sürücü, 1986-cı il təvəllüdlü Mustafayev Nizami Malik oğlu əslində şəxsi “Mersedes-Vita” markalı 7 yerlik avtomobili ilə sərnişindaşıma ilə məşğul olub. Onun kimi Azərbaycanda minlərlə sürücü var ki, bu yolla evlərinə qazanc aparırlar. Bəs bu məsələ qanunla niyə tənzimlənmir? Nə üçün sərnişindaşıma kimi məsuliyyətli bir məsələdə Dövlət Yol Polisi ciddi tədbirlər görmür?

Masallıda qeza

Nəqliyyat eksperti Elməddin Muradlı Bizimyol.info saytına verdiyi açıqlamada bldirib ki, bu məsələdə ilk növbədə sərnişinlər özləri öz təhlükəsizliklərinin qeydinə qalmalıdırlar. Rayonlararası səyahətlər zamanı tez və ucuz qiymətə səfər etmək xatirinə yollardan müştəri yığan belə sürücülərin əslində nə sürücülük qabiliyyətindən, nə də sağlamlıq vəziyyətindən heç kimin xəbəri olmur:

“Çox vaxt yol polisi sürücünü saxlayıb sənədlərini tələb edəndə ilk narazılığı sərnişinlər edirlər, çəkiliş aparırlar ki, polis bizi narahat edir. Avtobus sürücüsünün yoxlanılması qalır avtovağzaldan avtovağzala. Bu sürücülərin çoxusu avtovağzallardan kənar işləyirlər. Bəlkə sürücü gecə saat 3-ə qədər futbol izləyib, yuxusuzdur, səhər saat altıda da müştəri tapmaq üçün yollara çıxıb. Bunları nəzərə almadan insanları canlarını təhlükəyə atırlar. Sərnişindaşıma ilə məşğul olan sürücünün sürücülük vəsiqəsində xüsusi kateqoriya olmalıdır. Mikrovatobuslar üçün kateqoriya başqadır - D və D1 alt kateqoriyası 14 nəfərə qədər sərnişin tutumu olan avtobusları idarə etməyə icazə verir. Ondan yuxarı sayda sərnişin daşımaq üçün E katerqoriyası üzrə imtahan vermək lazımdır. Lakin bu “Mersedes-Vita”larda 6+1 sərnişin yeri olduğu üçün sürücü B kateqoriyası ilə idarə edə bilər. Sərnişindaşıma ilə bağlı sənədinin olmaması bu fəaliyyətin qanunsuz olması deməkdir. Nəticə isə göz qabağındadır. 8 nəfər həyatını itirib. Təəssüf ki, bu hallara nəzarət etmək asan deyil.Yəni yoldakı avtomobillərdə olan sərnişinlərin müştəri və ya qohumların olduğunu bilmək asan deyil.

-Şəhərtərafı nəqliyyatlarda da da sürücü mədəniyyəti bərbad vəziyyətdədir. Bəs niyə yol polisi nəzarət etmir?

- Normal ictimai nəqliyyatımız yoxdur. Bakı- Sumqatyıt və Bakı kəndlərinə gedən “Ford” markalı avtomobillərin əksəriyyəti yük üçün nəzərədə tutulmuş avtobuslardır. 12 oturacaq üçün nəzərdə tutulan avtobuslara 16 nəfərlik oturacaq quraşdırırlar, dönüb olur ölüm maşını. Biz reyd elədik , Bakı –Sumqayıt marşrutunda bu avtobuslar xətdən kənarlaşdırıldı, sərnişinlər qaldılar yollarda. Kəskin avtobus çatışmazlığı var. İndi 300 avtobus gətirlməlidir, ümid edirik bir xetyli irəliləyiş olacaq.

Sərnişindaşımada keyfiyyətli iş görə bilməyən daşıyıcı şirkətlərin marşrut xətləri əlindən alınır, tender yolu ilə başqa şirkətə verilir. Amma onların da bir çoxu tələbata, standarta cavab vermir. Bunun qarşısı alınmaldıır.Rəsmi daşıma şirkətlərindən gedir söhbət. Amma özləri sərnişin daşıma ilə məşğul olan avtobuslar , taksilərdən söhbət gedərsə bu sahədə çox böyük xaos var.

Bakı Nəqliyyat Agentliyi və Bakı Dövlət Yol Polisi, Dövlət Avtomobil nəqliyyatı Xidməti əl-ələ verib kompleks işlər görməlidirlər. Keçən il prezidentimiz yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramını təsdiq edib. Bu proqrama əməl edilərsə əlbəttə ki, belə dəhşətli nəticələrlə qarşılaşmayacağıq.

İlhamə

Paylaş »
››› Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşıb
››› Marketdə bir ailənin dörd üzvü güllələndi - Video
››› Xamneyidən benzinin bahalaşmasına reaksiya
››› Azərbaycanlı millət vəkilinə növbəti ağır itki
››› Cem Yılmaz: "Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram"
Son xəbərlər
Bütün xəbərlər »