Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxtəlif xəstəxanalarda analizlərin nəticələri niyə fərqlidir?
Bir müddət öncə kəskin ürək sancıları ilə həkimə müraciət etmişdim Diaqnozum qalxanabənzər vəzin funksiyasının pozulması oldu. Bir ay kimi bu xəstəlikdən müalicə aldım. Çox qəribədir ki, bir ay sonra başqa bir xəstəxanada məcburən USM müayinəsindən keçrkən təsadüfən məlum oldu ki, məndə bu problem yerli- dibli olmayıb. Üstəlik başqa bir xəstəxananın USM müayinəsində göstərilən öd daşları da yoxa çıxmışdı. Gəl indi baş aç görək, kimə inanasan.

Yəqin ki, bu kimi hallarla ölkəmizdəki hər beş adamdan ikisi rastlaşıb. Elə bu günlərdə Semaşko xəstəxanası adlandırılan 1 saylı Kliniki Xəstəxanada müayinə almış və yalnış diaqnoz nəticəsində sağlam orqanını itirmək təhlükəsi ilə üzləşmiş tanınmış aktyor Kənan Yusifov da belə bir vəziyyətlə üzləşib. Aktyor kor bağırsaq sancısını qara ciyər ağrıları ilə dəyişik salan həkimlərin naşılığından şikayətlənib.

Ölkəmizdə səhiyyənin inkiafı üçün dövlət tərəfindən böyük işlər görülür, maliyyə ayrılır. Bunu danmaq olmaz. Amma onu da danmaq olmaz ki, hələ də bizim insanlarımız ağır bir xəstəliyin müalicəsi üçün İrana, Türkiyəyə getməyə üstünlük verirlər. Öz xəstəxanalarımızda verilən analizlərin heç biri bir- biri ilə tutuşmur. Bir analizin nəticəsinə əsasən xəstə çıxırsan, digərinə əsasən sağlam.

Hepatit xəstələri üçün təyin edilən polimeraz zəncir reaksiyası analizi (PZR) adlandırılan bir analiz növü var. PZR həmçinin bir çox virus xəstəlikləri zamanı müalicə müddətində xəstəyə vaxtaşırı olaraq təyin edilir. Analiz nəticəsində virusun qandakı yüklülük miqdarı təyin edilir və növbəti müalicə kursu bu analizin cavabına uyğun təyin edilir.

Maraqlıdır ki, bu bahalı analiz müxtəlif özəl klinikalarda müxtəlif qiymətlərə aparılır. Məsələn eyni analizin "Baku Clinik”də 240 manat, "Sağlam Ailə” klinikasında 128 manat, "Medicus” klinikasında isə 78 manat olması halı ilə qarşılaşmışıq.

Xestelik - Qan - Labaratoriya

Həkim Ceyran Kərimovadan analiz nəticələrinin nə üçün fərqli olması barədə soruşarkən o bildirdi ki, bəzi klinikalarda analizlər tam avtomatlaşdırılmış, müasir qurğularla , bəzilərində isə köhnə avadanlıqlarla aparılır. Buna görə də həm qiymətlər, həm nəticələr fərqli olur.

Bəzi klinikalar bahalı reaktivlərdən istifadə etdiklərini bəhanə gətirərək qiymətin yüksək olmasını bununla əlaqələndirməyə çalışırlar. Lakin mütəxəssislərin bildiridiyinə görə eyni növ analizin həyata keçirilməsində eyni maddə və reaktivlərdən istifadə olunur. Ümumiyytlə isə qiymət məsələsini hər klinika özünün daxili qanunları ilə tənzimləyir.

Üz tutduğunuz hər hansı xəstəxanaya əlinizdə etibar edib güvəndiyiniz xəsətxananın analiz nəticələri olsa da həkimlər çox vaxt bu nəticələri qəbul etməyib, sizi öz bildikləri mütəxəssilərin üstünə yönəldirlər. Təbii ki, əvvədən danışılmış ssenari əsasında. Sığorta kartı vasitəsi ilə xəstəxanaya gələn xəstələrin analiz məsləsi isə dastan olur. Xəstə dəxli olan və olmayan bütün növ analizlərdən keçməyə məcbur edilir. Tibb işçilərinin son illərdə insanı sağaltmaqla yox tibb biznesi ilə məşğul olduğunu görməmək sadəcə mümkün deyil. Hippokrat andı deməyəcəm, üzünü görmədikləri bir yunan kişinin başına yalandan and içmiş ola bilərlər, bəs vicdan necə susur?

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »