Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dayanacaqlardakı ödəmə terminallarının işləməməsində sərnişinlər günahkardır"

Bizimyol.info saytına tez- tez izləyicilərimizdən şikayətlər daxil olur. Şikayətləriun əksəriyyəti dayanacaqlarda kart yükləmək üçün quraşdırılmış aparatların - ödəmə terminallarının işləməməsi ilə bağlıdır. Bir çoxları isə dayanacaqlarda quraşdırılmış elektron məlumat lövhələrinin ümumiyyətlə işləməməsini yazırlar.

Başqa bir qrup izləyicimizin şikayəti işıqforlardakı anormal vaxt tənzimləməsi ilə bağlı idi. Konkret olaraq Kövkəb Səfərliyeva küçəsində yol kəsişmələrində, xüsusilə Cavanşir körpüsündən üzü 28 May Metrosuna tərəf gələn yolda qoyulan işıqforlarda vaxt qeyri-adi şəkildə bölünüb. Körpüdən gələn avtomobillərin keçməsi üçün 7-8 dəqiqə vaxt verildiyi halda, bu yolu perpendikulyar istiqamətdə keçməli olan avtomobil və piyadaların keçməsinə 45 saniyə vaxt ayrılır. Bu da həm tıxaclara, həm də narazılığa səbəb olur.

Mais Ağayev Mais Ağayev

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayevə üz tutuduq. Mais Agayev verilən suallarımızı bir bir cavablandırdı. Mais Agayev ödəmə terminallarının çoxusunun xarab olma səbəbi kimi vətəndaşları günahlandırdı: “Bu gün Bakı şəhərində metro stansiyalarında 148 ədəd BakıKarta məxsus ödəmə terminalı var. Bundan başqa müxtəlif avtobus dayanacaqlarında 51 ədəd BakıKart ödəmə terminalı var. Eyni zamanda MilliÖnə məxsus dayanacaqlarda 200-ə yaxın terminal var.

Bundan başqa aparatlara köhnə əsginaslar, başqa dövlətlərin valyutalarını, qəpik əvəzinə metal parçaları salmaq istəyəndə sistem imtina edir, işləmir.

Bundan əlavə, milli ön apatratlarını və ya sadəcə kart yükləmə aparatlarını soymağa cəhd edən insanlar da var. Qırıb tökürlər.Yəni insanların özlərinin də günahı var. Öz rahatlığımız naminə dövlətin malına qayğı ilə yanaşmaq lazımdır. İşıqforların tənzimlənməsi barədə onu deyə bilərəm ki, bu intellektual idarəetməyə tabedir. Şəhərin nəqliyyat yükü çox olan ərazilərində işqıforların bir istiqamət üzrə çox, əks istiqamət üzrə az vaxt ayırmasının səbəbi bununla bağlıdır. O ki, qaldı elektron tabloların işləməməsinə, bildiyimiz kimi, o tablolar agentlik yaradılmazdan öncə quraşdırılıb. İndi agentliyimiz yeni layihə üzərində işləyir. Tezliklə sərnişinlərimizin qarşısına onları məmnun edəcək layihə ilə çıxacağıq”.

İsrar etsək də Mais Agayev yeni layihə barədə heç bir anons vermədi. Gözləyək, görək.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »