Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Model Volanski Amerika kubokunun finalında da meydana çıxmağa cəhd edib

UEFA Çempionlar Liqasının final oyununda meydana daxil olmaqla məşhurlaşan amerikalı model və aktrisa Kinsi Volanski eyni hərəkəti təkrarlamağa cəhd edib.

APA-nın məlumatına görə, İngiltərə klubları “Tottenhem”lə “Liverpul” arasında görüşün (0:2) “qəhrəman”ı Amerika kubokunun finalında meydana çıxmağı planlaşdırıb.

O, Rio-de-Janeyronun “Marakana” stadionunda keçirilən Braziliya – Peru qarşılaşmasına (3:1) bu məqsədlə yollanıb. Lakin arenanın mühafizəçiləri K.Volanskinin istəyinin reallaşmasına imkan verməyiblər.

Vitali Zdorovetski ilə birlikdə oyuna gedən model bunu sosial şəbəkədəki paylaşımında açıqlayıb: “Amerika kuboku, sənin qalib gəldiyini etiraf edirəm. Bu, daha bir avantüra idi. Braziliyaya uçduq, paltarımızı dəyişdik və həmin yerə getdik. Lakin hər şey onunla bitdi ki, Vitalini 20 mühafizəçi tutdu. Sonra bizi buraxdılar və indi Braziliyadan zövq alırıq”.

Qeyd edək ki, K.Volanski Çempionlar Liqasının finalındakı hərəkətinə görə 15 min avro cəzalanmışdı.

Son xəbərlər
Bütün xəbərlər »