Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkmənistan və İranla Xəzərə dair danışıqlar hələ həllini tapmayıb"

"Azərbaycan və Türkmənistan, Azərbaycan və İran arasında Xəzərdə zonaların razılaşdırılması ilə bağlı danışıqlar prosesi mövcuddur, fürsət yarandıqca ara-sıra görüşlər keçirilir. Amma məsələlər hələ həllini tapmayıb".

Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, Azərbaycan Türkmənistan və İranla bu istiqamətdə müzakirələri davam etdirəcək.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il 12 avqustda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan arasında imzalanıb. Konvensiya tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək imkanı verir.

Son xəbərlər
Bütün xəbərlər »