Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Pentaqondan ilk dəfə silah istədi
2018-09-30_171359

Rəsmi Kiyev ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib

Virtualaz.org bildirir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Uliyam Teylor Tvitter mikrobloqunda məlumat paylaşıb.

“Böyük məmnuniyyətlə bildirim ki, Ukrayna ilk dəfə ABŞ Müdafiə Nazirliyinə xaricə silah satışı proqramı çərçivəsində silah alması ilə əlaqədar müraciət ünvanlayıb. Biz bu məsələnin həlli yönündə işləməyə başladıq. ABŞ Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müdafiə sektorunun islahatlarını dəstəkləyir”, - deyə Teylor qeyd edib.

Xatırladaq ki, dünən UNİAN Ukrayna Xarici kəşfiyyat Xidmətinin sabiq rəhbəri Nikolay Malomuja istinadən xəbər yaymışdı ki, Ukrayna ABŞ-dan güclü və müasir silah ala bilməyəcək. Onun sözlərinə görə, ABŞ müasir silahların Rusiyanın əlinə keçəcəyindən ehtiyat edir.

Nikolay Malomuj hesab edir ki, Kiyev yerli istehsal olan silahlara üstünlük verməlidir.

Paylaş »
››› Oqtay Gülalıyevdən sarsıdıcı xəbər
››› Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - Siyahı
››› Evi sənədsiz olanların nəzərinə - Video
››› Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi
››› Ölkəyə göndərilən mühacirləri nə gözləyir?: “Yaşayan ölü olacaqlar”
Son xəbərlər
Bütün xəbərlər »